adalet.az header logo
  • Bakı 18°C
23 Fevral 2019 10:33
5613
HADİSƏ
A- A+

Bakıda qadın itkin düşdü - 2 övladı ilə birlikdə

Bakıda bir ailənin 3 üzvü itkin düşüb.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Yeni Suraxanı qəsəbəsi, ev 45-də yaşayan 1995-ci il təvəllüdlü Bağırova Raziyyə Fəxrəddin qızı övladları - 2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızı və 2017-ci il təvəllüdlü Bağırov Səccad Elvin oğlu ilə birlikdə fevralın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis faktla bağlı araşdırmalara başlanıb.