hacklink Adalet.az | Evdən külli miqdarda narkotik və silah-sursat götürülüb Adalet.az | Evdən külli miqdarda narkotik və silah-sursat götürülüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Evdən külli miqdarda narkotik və silah-sursat götürülüb

9934    |   2019-02-22 20:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az -a verilən məlumata görə, fevralın 22-də daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Bərdə rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə ümumi çəkisi 170.49 qram olan herion, 1 ədəd sellofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1 ədəd ampulada çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb. Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əskinasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO