Əbülfət MƏDƏTOĞLU: MESAJ

ƏBÜLFƏT MƏDƏTOĞLU
45366 | 2019-02-24 11:06

Neçə gündürki, köhnə kişilər demiş, yuxum ərşə çəkilib.Özümə nə evdə, nə də işdə yer tapa bilirəm. Dincliyim əlimdən alınmış kimifikirli, qayğılı gəzib dolaşıram. Üz-gözümdən tökülən yorğunluq qarışıq zəhrimardostlarımı da hövsələdən çıxarır. Hansı ilə qarşılaşsam, bir az təəccüb, bir azda əsəb dolu şəkildə soruşurlar:

- Noolub ə?!

Əslində nəolduğunu heç mən özüm də bilmirəm. Ona görə də ya susuram, ya da çiyinlərimi çəkirəm.Təbii ki, bu da çıxış yolu deyil. Lap ərkli dostlarım İran saqqızı kimiyapışırlar yaxamdan. Cavab almayınca onlar da dincəlirlər. Məcbur olub ağlıma gələnilk sözü deyirəm:

- Ağrıyıram...

Hə, yenə təbiiki, bu da cavab deyil. Ona görə başqa bir sual da döyür qapını:

-Haran ağrıyır?

Hə,buna cavab bilirəm, qısa və konkret bir cavab dilimdən sürüşüb düşür ortalığa:

-Hər yerim...

Bəli,bu cavabdan sonra dostlar bir az sakitləşir. Amma mən öz daxilimdə, öz içdünyamda gəzişməkdəyəm, yer axtarmaqdayam. Fikirlər nəfəs dərməyə də imkanvermir. Ona görə də hamıdan, ən yaxın adamlardan belə uzaqlaşmağa çalışıram.Heç kəsin olmayacağı, məni görə bilməyəcəyi bir qaranlığa çəkilmək istəyirəm.Bilirəm ki, harda olduğumu yalnız sən duyacaqsan və bir də Allah görəcəkdi. Bumənim həyat həqiqətimdi. Və mən öz gerçəkliyimin içərisində bir qaşıq sudaboğulanlar kimi batıram. Hətta vicdan narahatlığı da əlimdən alınıb. O vicdanki, mən onun az-çox təmizliyiylə qürrələnmişdim. Heç kimin gözündən gözümüqaçırmamışdım, heç kimdən daldalanmamışdım. Kimsəni görəndə yolumu dəyişməmişdim.İndi isə özüm-özümü dar ağacından asmaq istəyi üzərində köklənmişəm o darağacından ki, məni xilas etməyə kimsənin əli çatmasın. Axı mən öz günahımıhamıdan yaxşı bilirəm və bildiyim bu günahın cəzasız qalmasını da istəmirəm. Ənazından ona görə ki, sənin gözlərinin içinə baxa bilim... Və bir də ona görəki, Allahımın önündə böynubükük dayanmayım. Axı hər şeyin bir sonu var. O sona əlləriniyanına sallayıb, qamətini dik tutub getməyi həmişə göz altına almalısan. Sürünə-sürünə,sürütlənə-sürütlənə yox!..

Hə,bu yerdə yadıma düşdü ki:

Nəsəsim var, nə ünüm

Tuttək çırpılır günüm...

Üzüqüruba, gülüm -

Yığışıram,gedirəm...


Səsbatır quyu içdə

Quruyursuyu içdə...

Gözlərim,suyu iç də! -

Baxışıram,gedirəm...


Gəlibməndən ov cana

Qandıdaman ovcuma...

Düşübsükut ovsuna -

Sıxışıram,gedirəm...


Mənəgörə gözün nəm

Yaşkimi sil gözündən...

Bil,mən sənin özündən -

Çıxışınam,gedirəm...

***

Bəli,özümə yer tapa bilmədiyim günlərdə sanki işlərimin də kələfi dolaşıb. Necə deyərlər,"döyülmüşü sanki it də tutubdu". Ona görə də lap əsəbi bir durumyaşayıram. Hər söz, hər baxış hətta ən məlhəm münasibət belə qıcıq yaradıriçimdə. Hamını, hər kəsi acılamaq,hamıdan, hər kəsdən nəyinsə hesabını sormaq istəyirəm. Buna haqqım, hüququmolmasa belə, evim də, çölüm də mənə ittiham oxuyan kimi görünür. Məhz bu görünmə,bu təsiretmə dəyirman daşı kimi asılır ürəyimdən.

Vəo daşın ağırlığı altında ürəyimin ipinin üzülmədiyinə heyrətlənirəm. Hətta bunada qıcıq yaranır məndə:

-Niyə üzülür? Niyə qopub yerə düşmür? Niyə partlamır?

İndihəmin o yaşantını yazıya çevirdiyim anda da bu suallar özümdən-özümə ox kimibatır. Öz əlimlə öz suallarımı çaxıram ürəyimə, başıma. Bu hardasa qansız bir qətliamdı,intihardı...

Dözülməzlikanlayışı var, bir də dözümsüzlük anlayışı. Mən özüm-özümə yaratdığım dözülməzliyiniçərisində həqiqətən dözümsüz olmuşam. Elə bil ki, ipəkqurdu kimi hörüb-hörüböz baramamın içərisində boğulub qalmışam. Bu yerdə istəsəniz gürcülərin çəkdiyi"Küpə" filmini xatırlaya bilərsiniz. Təmirçi usta küpün içərisindənçıxmağın yolunu onu yenidən sındırmaqda tapır. Bax, mən də ürəyimə yüklədiyim,ağlıma hopdurduğum bu dözülməzliyin içərisindən həmin o partlamaqla, intiharlaçıxa bilərəm.

Başqabir yol nə tapa bilirəm, nə də ki, ağlıma gəlir. Hətta xəyal qurmağın ustasıolan bir yazı adamı kimi xəyallar da, xatirələr də köməyimə çatmır. Bu qış gecələrindəgöy üzünə sancdığım gözlərim də ordan heç nə arayıb tapa bilmir. Ümidsizliyin nə demək olduğunu əyani şəkildəgörürəm. Çox da ki, özüm-özümə təsəlli verib nə vaxtsa yazmışam. Daha doğrusu,sənə üzümü tutub demişəm:

Hərdənpıçıldaşıb xatirələrlə

Sükutu pozuramözüm içimdə...

Üstümə əyilirhamilə bulud -

İslanır,qorlanan közüm içimdə...


Mən ondanumduğum dəstəyimə də

Səsimi göstərməkistəyimə də...

Elə göz ağardırməsləyimə də -

Canımı tapşırırsözüm içimdə...


Dörd yanabaxıram - boşluqda tək O

Könlümə sahibdixoşluqla tək O...

Adını deməkdənolmuşam kəko -

Əriyir mənimlədözüm içimdə...


Ruhumu salıbdıbir sevgi bəndə

Hayıma yetişmirAllah, nə bəndə...

Yeddi düyünvurdun sinəmdə sən də -

Oturub ölüncəçözüm içimdə...

***

Heç bir hadisə,heç bir hərəkət nə elə-belə baş verir, nə də elə-belə izsiz-tozsuz ötüb gedir.Mütləq hardasa bir səbəb o hadisəyə, o hərəkətə təkan verir və o da insanın ürəyində,yaddaşında öz izini açıb gedir. Bax, bu mənada mən də içərisində olduğumdurumun yaddaşımdan, içimdən izsiz-tozsuz keçməyəcəyinə tam əminəm. Elə o əminlikhissiylə də bir az da artıq sıxılıram, özümün özümdən zəhləm gedir. İndi təsəvvüredin ki, durum necədi və bu cür yaşamağın mənası nədir?..

Heç vaxt öncədənqərar vermək fikrində olmamışam. Ona görə ki, hər anın öz hökmü var və mən də məcburolub qərarlarıma redaktə edəndə özümü necə deyərlər gücsüz, köməksiz,arxasız hiss edirəm. Ona görə də dahaçox şəraitə uyğun, məqama müvafiq addım atmaq, söz demək, qərar vermək mənimseçdiyim yoldu. Həmin yolun kiməsə xoş gəlməyəcəyi mümkündü.

Ona görə ki, bizyaşadığımız cəmiyyətin, aid olduğumuz məmləkətin bir hissəsiyik. Və deməli, nəqədər yaxamızı kənara çəksək də, cəmiyyətdə hər bir pərdə öz təsirini bu və yadigər formada göstərir. Və mən də buna artıq öyrəşdiyimdən necə deyərlər,başımı salıb aşağı dərdimin ətəyindən tutub gedirəm...

Deməli, vicdanınağrıması, ürəyin sızıltısı, özünə yer tapa bilməmək, tərki-dünyalıq və s. mənəöz zərbələrini vurduğu, məni öz caynaqları arasında sıxdığı günlərdə yeganə istəyimsəndən, sənin gözlərindən "nə olub" sualını eşitməməkdi.

Çünki sənə"nə olubdu" deyə bilməyəcəm, onu aça bilməyəcəm, onu çözə bilməyəcəm.Bəli, sonda sənin qarşında ya yalançı olacam, ya da həqiqəti dilə gətirməyə cürətiçatmayan bir qorxaq.

Mən isə bunlarınheç birini hətta düşünmək belə istəmirəm. Qarşında, gözlərinin önündə necəvaramsa, elə də olmaq istəyirəm. Ona görə səndən də bir az uzaq dayanıram. Bu,səndən qaçmaq deyil, bu, zaman qazanmaq, özünü toparlamaq üçün vaxt əldə etməkcəhdidir. Cəhdimin boşa çıxmayacağına qarantım olmasa da, mən bu cəhdi edirəm...

Özümlə etdiyimbütün söhbətlər hələ ki uğursuzluğa düçar olub. Mən özüm öz qarşımda imtahandankəsilmiş tələbə kimiyəm. Təkrar imtahana hazırlaşmaq zorundayam və bu məcburiyyətiona görə qəbul etmişəm ki, sənin qarşına çıxa bilim. Əks halda, mənim yaşamımda, ayaqda qalmağım da mənasız olar. Onsuz da mənasızlıq, gərəksizlikyavaş-yavaş həyatımızın reallığına çevrilir. Hər addımda olmasa da, ən azı gün ərzindəbir dəfə həmin o dediyim gərəksizliklə, mənasızlıqla qarşılaşmalı oluram. Ondaindi vurğuladığım sualın nə qədər zərurət olduğuna şübhə yerim qalmır. Və əgərbir məqama şübhə yoxdursa, onun gerçəkliyi özü-özünü təsdiq etmiş sayılır. Nəisə...

Göründüyü kimi,yazımın ovqatı da, elə ağırlığı da indiki anımda da mənimlə birlikdədi və onubilgisayara diqtə etdiyim anda da yaxşı başa düşürəm ki, oxucularım buağırlıqdan yorulacaq və bəziləri bu yazını oxumağı yarımçıq saxlayıb qəzeti birkənara atacaq. Təbii ki, bu onların haqqıdı. Amma məni də başa düşməyə çalışın.Bu yazını özümü yüngülləşdirmək üçün yox, sadəcə, ürəyimi, düşüncələrimi dörddivara söylədiklərimi yazılı şəkilə salmaq üçün bilgisayara diqtə edirəm. Yənionun məzmunu olduğu kimi qalır, forması dəyişir. Bu bir kosmetik dəyişiklikdir.

Və mən də həmindəyişikliyin təkrar zərbəsini öz iç dünyamda yaşaya-yaşaya qaranlıqda iynəaxtaran kimi özümü axtarıram. Hələ ki, tapmamışam. Amma ümidimi də üzməmişəm.Çünki başımın üstündə Tanrı, ürəyimdə isə sən varsan. Bilirəm ki, nə vaxtsaipucunu tapacam. Ona görə də indidən sənə ismarıc göndərirəm. Günümüzün sözüylədesək, mesaj ünvanlayıram və yazıram ki:

Sən məni lapsübhdən ara

Gözləmə ki, dansökülsün...

Ulduzlar pərəndüşsünlər -

Göy üzünə qantökülsün...


Düşünmə ki,yatmış ollam

Səsləyərsən, səksənərəm...

Yuxuda da sənsizqallam -

Şəhərdə tam təklənərəm...


Sən ara, xəttimaçıqdı

Əlimquruyar bağlasam...

Biraz da artar məsafə -

Telefonuuzaq saxlasam...


Bil,kirpiyin şehi ilə

Üzünyuyuram səhərin...

Yuxusunakeşikçiyəm -

Səndönənəcən səhərin...


Bəli,bütün ovqatımın, bütün yaşamımın sarı simini nə qədər çəkməyə çalışsam da köklənmədim.Amma buna baxmayaraq, mən ümidimi ünvanladığım mesaja bağlayaraq gözləmək niyyətindəyəm.Axı "niyyətinhara, mənzilin də ora" - deyiblər köhnə kişilər!..


TƏQVİM / ARXİV