adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2019 17:24
15210
KRİMİNAL
A- A+

Kirayə qaldığı mənzildən oğurluq etdi

Fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşyalarının oğurlandığını bildirib.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə dərhal Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov müəyyən edilərək saxlanılıb. R. Sadıxov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.