Faiq QİSMƏTOĞLU: GÖZÜMÜZ MAZOL OLDU EY

FAİQ QİSMƏTOĞLU
46574 | 2019-02-22 16:28

Yazıyabaşlamazdan öncə istedadlı publisistHidayət Elvüsalın qələmə aldığı yazılara müdaxilə etdiyimə görə, ondan üzr istəyirəm.Çünki hər gün müxtəlif televiziya kanallarına çıxan, camaatın gözünü mazol eləyənmüğənniləri ən çox o qamçılayır. Ancaq nə olsun ki, bundan həmin müğənnilər heçbir nəticə çıxarmır, əksinə, bəzən gündə iki dəfə televiziyalara çıxırlar. Özləribilər, pulları var, imkanları çoxdur, əcəb eləyib televiziyaları gəzirlər.Əksinə, gündə bir dəfə yox, iki-üç dəfə görsənsələr daha yaxşı olar...

... O müğənnilərbilmirlər ki, hər gün ekranda görsənməklə tamaşaçılar onları sevməyəcəklər.Düzdür, kütlə onları istəyir, sevir və onlar da kütlənin "boşdamarını" tutub ekranlara çıxırlar. İnsaf naminə deyək ki, onların istedadlarıda var. Ancaq sənətləri yoxdur. Bunu lazım gəlsə sübut da eləyərik. Ən azındanona görə ki, nə onlar İslam Rzayevdi, nə Qədir Rüstəmovdu, nə Arif Babayevdi, nəƏlibaba Məmmədovdu, nə də Sara Qədimovadı. Onların ifa etdikləri mahnıların əksəriyyəti"palatka" toyları üçün nəzərdə tutulub. Çox yox, 30-40 ildən sonra omüğənnilərin heç birini tanıyan olmayacaq. Amma 50 il bundan əvvəl də İslamRzayevi tanıyıblar, Qədir Rüstəmovu dinləyiblər, Arif Babayevə qulaq asıblar,Sara Qədimovanın bal kimi şirin səsini dinləməkdən doymayıblar və yüz il sonrada bu millət, bu xalq bu səslərə sevə-sevə qulaq asacaq. İslam Rzayevin çoxyox, tək bir mahnısı "Biri sənsən, biri mən" gündə televiziyakanallarını gəzən bütün müğənnilərin ifa etdiyi mahnıların hamısına dəyər.Hansı kanalı açırsan hər gün olmasa da, günaşırı bu müğənniləri görürsən: Mənzurə,Şəbnəb Tovuzlu, Manaf Ağayev, aşıq Zülfiyyə və Telli, Baloğlan Əşrəfov, ƏlikramBayramov, Nazənin, Nüşabə Ələsgərli... Bu müğənnilərin yetərincə səsi də var,istedadları da. Amma sadəcə hər gün efirə çıxmaqla tamaşaçıların gözlərinimazol eləyiblər.

Mən Azərbaycanteleviziyalarına baxmıram. Ən yaxşı halda, "İdman Azərbaycan"kanalında canlı yayımlanan futbolları izləyirəm. Ancaq mən baxmasam da, evdə həyatyoldaşım və oğlum onlara baxırlar. Dəfələrlə demişəm ki, sənəti olan xanəndələrəvə müğənnilərə televiziyada baxın. Mən də görürəm ki, onlar sənəti olmayan müğənnilərətamaşa eləyirlər. Mənzurənin səsi pis deyil. Amma çox nadir halda canlı ifagörürük. Harda gəldi fonoqramada bir mahnı səsləndirir. Sözləri səhv eləmirəmsətəxminən belədir:

Yerdə, göy də bilsin,

Mənimürəyim sənsən...

Birmahnıda bu iki bayağı misradan başqa heç bir şey tapmaq olmur. Bəlkə də Mənzurəxanım düşünür ki, tez-tez efirə çıxmaqla böyük tamaşaçı sevgisi qazanır. Hər gün efirə çıxmaqla gündəmdə qalmaqolar. Amma o sevgini qazanmaq çox çətin məsələdir. Kütləyə hesablanmış buifalar tamaşaçını aldatmaqdan və "toy tutmaq"dan başqa bir şeyə yaramır. Amma mən toy eləyənləri də başadüşmürəm. Hər gün efirdə olan və fonoqram oxuyan müğənnilərə bir ətək pul veribonları niyə toyunuza aparırsınız? Bülbül kimi cəh-cəh vuran, gözəl mahnı vəmuğamlar ifa edən tanınmayan o qədər istedadlı gənclər var ki. Elə onlarıaparın da! Çünki tamaşaçıların da zövqü bəsitləşib. Bu cür bayağı ifalaronların zövqlərini korlayıb, yaxşını pisdən ayırmaqda çətinlik çəkirlər.

Bir dəfə EldənizMəmmədov dedi ki, səsi olmayan və bayağı müğənnilərə Moskvada, eləcə dəRusiyanın digər şəhərlərində yaşayan pullu biznesmenlər şərait yaradır. Onlar səsiolmayanlara pul verir, onlar da gəlib o pulu xərcləyərək televiziyakanallarında "at oynadırlar". Üstəlikdə səsi olan müğənnilərdən də yaxşı dolanırlar.

Bu sözdə çoxböyük həqiqət var. Camaat kor deyil ha, hər şeyi yaxşı görür. Xüsusən də səsiolmayan qadın müğənnilər Rusiya şəhərinə axın edərək rəhmətlik İlhaməQuliyevanın təbirincə desək, pullu kişilərin cibini soyurlar. Səsi olmayan vəmusiqi savadı kasıb olan bu müğənnilər bir-iki ayın içərisində Rusiyadan gətirdikləripulla villa da alırlar, maşın da. Biz heç kimin paxıllığını çəkmirik ey, kim nəqazanır sağlığına qismət. Amma ay Rusiyada yaşayan biznesmenlər, o pulu səsiolan müğənnilərə verin da!..

Mən aşıq deyəndəyadıma Aşıq Alı düşür, Aşıq Ələsgər düşür, Aşıq Ədalət düşür, Aşıq Şakir düşür,Aşıq Şəmşir düşür, Aşıq Pənah düşür, ən azından Aşıq Əhlimanı xatırlayıram.Onlar şifahi xalq ədəbiyyatını, dastanları, qoşmaları, bayatıları, təcnisləri,dodaqdəyməzləri, dildönməzləri... əzbər bilirdilər. Həm səsləri, həm çalğıları,həm şifahi xalq ədəbiyyatını bilmələri, həm də geyimlərilə bir aləmyaradırdılar.

Hər əlinə sazgötürənə aşıq demək olmaq. Məsələn, Mübariz aşıq deyil, gözəl saz ifaçısıdır.Sazı necə gəldi başında, boynunda, lap yerdə də olsa çalmağı bacarır. Telli xanım da, Zülfiyyə xanım da aşıq deyillər,onlar da saz ifaçılarıdı. Həm də müğənnilik eləyirlər. Amma hər iki xanım hərgün efirə çıxmaqla və sazı əllərinə götürməklə onu yüksəltmək əvəzinə urvatdansalırlar. Elə sazsız da çıxıb oxuya bilərlər. Axı saz müqəddəs bir alətdi. Hətta"Dədə Qorqud" dastanında Dədə Qorqud Aruzla Qazan xanın savaşınıyatırmaq üçün onların qabağına qopuzla çıxır və deyir ki, sizi and verirəm buqopuza, qardaş qırğınına yol verməyin...

AzərbaycanTeleviziyasının yeni sədri Rövşən Məmmədov çox gözəl bir addım atıb. Belə ki,AzTV-də tanınmış musiqiçilərdən, bəstəkarlardan və şairlərdən ibarət bədii şurayaradılıb. O bədii şuranın rəyi olmadan hər hansı müğənni efirə çıxa bilməz.Ona görə bu gün AzTV-də özəl kanallarda meydan sulayan və gözümüzü mazol eləyənmüğənnilərin heç birisi at oynada bilmir. Onsuz da onların atının qılçını elə əvvəllərdə AzTV sındırmışdı. Bəzən tək-tük halda kimlərsə ora yol tapa bilirdi. Ammaindi isə onların qarşısına çox böyük səddçəkilib və çətin ki, o səddi kimsə aşabilsin...

Özəlkanallara Azərbaycan Prezidenti xeyli pul ayırıb. Yəni bu özəl kanallarınyaşamasına bir təkan deməkdi. Və özəl kanallar da heç olmasa çox yox, həftədəiki-üç dəfə bu millətin, bu dövlətin dərdinə məlhəm qoyan vətənpərvərlikmövzusunda verilişlər hazırlasınlar. Çox təəssüf ki, hər gün özəl kanallardaçal-çağırdı və gözümüzü bir çox müğənnilər mazol eləyiblər.

Vəbir də televiziya kanallarının rəhbəri nə vaxta qədər ki, jurnalist deyil,rejissordu, qeyri-peşə sahibidi, onu heç vaxt milli məsələ deyil, maddi tərəfdüşündürəcək. Çox yox, AzTV-dəbir ayın içində ixtisasca jurnalist olan sədr böyük islahatlar eləyir. Məgər bu cür addımları özəlkanallarda atmaq bir o qədər çətindir? Çox yox, həftədə bir-iki dəfə millətidüşündürən və maarifləndirən verilişlər hazırlamaq olar. Amma buna baxankimdir? Özəl kanallar reytinq xətrinə vətənpərvərlik mövzularını çoxdan qurbanveriblər.

Artıqtamaşaçıların zövqünü özəl kanallar çoxdan korlayıb. Ona görə də kimin ürəyi nəyəistəyir qoy ona da baxsın. Və bir də biz həmişə burnumuzdan qabağı görəbilmirik axı! Düşünürük ki, təki bu günümüz yaxşı keçsin, sabah nə olur olsun.Onda da tay gözlərimiz mazol olacaqey!..


TƏQVİM / ARXİV