adalet.az header logo
  • Bakı 20°C
22 Fevral 2019 14:03
13605
SİYASƏT
A- A+

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı mühüm sənədi təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokolu təsdiq edib.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, protokolun məqsədi hərbi tibb təhsili, hərbi təlim və elm sahələrində səlahiyyətli orqanların cavabdehlikləri çərçivəsində tərəflərin riayət etməli olacaqları əsasları müəyyənləşdirmək və əməkdaşlığı inkişaf etdirməkdir.

Sənəd həmin sahələrdə şəxsi heyət, material, təchizat, məlumat və təcrübə mübadiləsini əhatə edir.