adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Fevral 2019 13:09
20894
ƏDƏBİYYAT
A- A+

Zakir Fəxri: Qara torpaq, muğayat ol anamdan

Qara torpaq, muğayat ol anamdan
Yükünü çəkə bilmədim
Arzusunda bünövrəsini qoyduğu
Evini tikə bilmədim.


Dumanı köçdən ayrılıb
Ocağı başında yanammadım
İşıq olub gözlərinə qonammadım
Qara torpaq, muğayat ol anamdan.


Qulaq asmadım
xeyirxah dualarındakı yalvarışlara
Damar-damar qəmə dönüb
Çökdüm alnındakı qırışlara
Xəbər tutammadım düşəndə xəstə
Saxlaya bilmədim gözlərim üstə
Qara torpaq, muğayat ol anamdan.

Ölüm bəlli, olum yox
Yeri soyuq düşməsin
Bürünməyə şalım yox
İsti közümü yetir
Külümdən duyuq düşməsin
Qara torpaq, muğayat ol anamdan.

Qəbirinə gedən izlər
Barı itməsin
İllərin altında qalıb
Qoy məzarı itməsin
Qara torpaq, muğayat ol anamdan.