adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Fevral 2019 12:59
118194
AVTOMABİL
A- A+

Azərbaycan və Rusiyanı birləşdirən nəhəng körpü bu il istifadəyə veriləcək

Bu il Bakı-Rusiya sərhədi avtomobil yolunda, Samur çayı üzərində inşa edilən körpünün tikintisi başa çatdırılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Bu gün, həmçinin Bakı-Rusiya sərhədi avtomobil yolunun tam bərpasını ikinci mərhələsini yekunlaşdıracağıq. İkinci mərhələ dedikdə yəni, Hazı Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər olan 30 kilometrə yaxın 1-ci texniki dərəcəli yolun tam bərpasını başa çatdırıb istifadəyə verəcəyik. Bundan əlavə, Samur çayı üzərində uzunluğu 325 metr, eni 17,5 metr olan körpünün tikintisini başa çatdırmaq və həmin körpüdən Bakı istiqamətində yeni 4 cərgəli avtomobil yolun 39 kilometr hissəsini də başa çatdırıb istismara verəcəyik".