adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Fevral 2019 12:09
6941
MƏMLƏKƏT
A- A+

Sədr: “Bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”

"Bəzi insanlar yolun təmirindən anlayışları olmadığı halda paytaxtın Babək prospektinin təmiri barədə əsassız iddialar səsləndirirlər”.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, həmin şəxslər qurumun gördüyü işlərə kölgə salmaq istəyir:

"Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb. 1996-98-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, cənab Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik. Orda müəyyən aşınmaya məruz qalmış hissəslər yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib. Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”.(modern.az)