adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BELƏ XƏYANƏTİN ADI NƏ?!.

BABƏK YUSİFOĞLU
76467 | 2013-04-24 12:05

Bəlkə də bu adam haqqında vaxt sərf edib yazmayacaqdım, amma ermənilərin hər il yaxalarını cırdıqları iftira günü çatdığı üçün və guya türk olan bu şəxsin belə zamanlarda daha çox alçaq addımlar atdığını bildiyim üçün bəzi fikirlərimi bölüşməyə qərar verdim.
Bu üzdəniraq elm adamını - Taner Akçamı əslində Türkiyədə az tanımırlar. Ona görə yox ki, o, elm aləmində heç kəsin edə bilmədiklərinə nail olub və ya xalqından, vətənindən ötrü hansısa zəhmətlərə qatlaşıb. Xeyr. Bunların heç birini qəti onun ayağına yazmaq olmaz. Hətta bəziləri israrda bulunur ki, ümumiyyətlə bu adamın türklə genetik bağlılığı barədə heç bir kəlmə də kəsilmıəsin O daha çox erməni kökənli bir varlığa bənzəyir.
Yəqin ki, bu haqda məlumatsız oxucularımız Taner Akçam haqqında heç olmasa müəyyən bilgilər əldə etmək istərlər. Məlum edim ki, bütün fəaliyyəti boyu türkün əleyhinə danışan, qondarma "erməni soyqırımı"nın olduğunu və Türkiyənin bunu qəbul etməsini istəyən, bu yalan, böhtan dolu iddiaları təsdiqləməklə kifayətlənməyib qalaq-qalaq məqalələr, kitablar yazan Akçam nə yazıq ki, 1953-cü ildə Türkiyədə, Ərdəhanın Olçek köyündə dünyaya gəlib.
O, Ankarada Texniki universiteti bitirib. Bəzi dərgilərdə kommunist rejiminin idealarını yaydığına, dövlət əleyhinə təbliğat apardığına görə, ədalət divanına gətirilib. Məhkəmə ona həbs kəsib. O isə türmədən qaçmağa nail olub. Amma Almaniyaya keçmək istərkən alman polisi tərəfindən yaxalanaraq tutulub. Və bir müddət sonra onu siyasi baxışlarına görə təqib edildiyini əsas götürərək azadlığa buraxıblar. Qərb belə bir türk əleyhdarını türmədə saxlayarmı? Əlbəttə, yox!
Və bu günə kimi nəinki qərb ağalarının sifarişlərini can-başla yerinə yetirib, hətta onlardan da irəli gedərək Türkiyəni 1915-ci ildə kütləvi cinayət törətməkdə israrla suçlamağa başlayıb. Himayədarları, erməni lobbisi hər yerdə bu adamçığaza köməklik göstərərək onun irəli getməsinə çalışıblar. Çünki Akçam nə qədər böyük statuslar qazanacaqdısa, demək beynəlxalq ictimai rəydə bir o qədər sözünün "sanbalı" olacaqdı. İndi Akçam qərbin bir sıra universitetləri ilə əməkdaşıq edir, hətta professor adını da alıb.
Bu günlərdə gözləmək olardı ki, ermənilərin gündöyməzindən öpməyi özünə şərəf bilən bu "professor" bir də türklərin əleyhinə danışsın. Danışdı da. Ermənilər də onun dediklərini həmişə olduğu kimi sözbəsöz KİV-lərində yayaraq təhlillər verməyə başlayıblar. Necə də olmasa bu günlər ermənilərin böyük iftira günüdür axı. Türkiyədən çıxmış hər hansı birinin qondarma "soyqırım"dan bəhs etməsi ermənilər üçün hər hansı hayın danışmasından qat-qat vacibdir.
Taner Akçam bu dəfə ermənilərdən də ötə ermənilik etməyə çalışıb. Və nə yazıqlar ki, Türkiyədə nəşr olunan qəzetlər də onun yalanlarla zəngin olan fikirlərini ifadə edən müsahibəsini yayıblar. Taner Akçam deyir: "Türkiyədə çoxları bilmir ki, "genosid" sözü "ermənilərin soyqırımı"ndan sonra işlədilməyə başlayıb. Bu sözü danışığa Rafael Lemkin gətirib. O bildirib: "Mən bu sözü ona görə yaratdım ki, ermənilərlə nə baş verdiyini təsvir edim. Lakin biz bütün bunlardan sonra 1915-ci ildə "genosid"in olub-olmadığını müzakirə edirik. Sizcə bu qəribə deyilmi? Mən düşünürəm ki, belə müzakirələrə vaxt itirmək lazım deyil. Nəticədə bəzi dairələr xalqın məlumatsızlığından yararlanaraq 1915-ci il hadisələrini inkar etməklə mənasız və yersiz müzakirələr aparmağa çalışırlar".
Sonra o bir qədər də irəli gedərək Azərbaycanı da qaralamağa çalışıb. Əslində Taner Akçam bunu etməsəydi daha çox şübhəli görünərdi. Akçam: "Hər şeydən əvvəl biz türklər(!?-red.) baş vermiş tarixi hadisələr haqqında danışmağı öyrənməliyik. Sanıram ki, hər şeydən öncə başqasının dərdini hiss etməyi və bölüşməyi bacarmalıyıq. İkinci zəruri addım kimi sərhədlərin açılması gərəkdir. Keçmiş problemlərin həlli üçün indiki münasibətlərin normallaşması lazımdır. Bağlı sərhədlərlə, Ermənistanla diplomatik əlaqələrin qurulmasına zidd getməklə problemi çözmək mümkün deyil. Üçüncü vacib addım isə olmuşlara görə üzr istəməkdir. Türkiyə nəhayət Azərbaycanın təsirindən qurtulmalıdır. Hətta Türkiyə indi öz hava məkanından uçmaq üçün icazə istəyir. Ermənistan-Türkiyə protokolları Azərbaycanın təzyiqləri üzündən hətta ratifikasiya belə olunmadı. Mən inanıram ki, kürd məsələsi ilə bağlı cəsarətli addım atan Türkiyə belə addımları "erməni soyqırımı"nın tanınmasında da atacaq".
Heç kəs sübut edə bilməz ki, məhz bu cür uydurma iddiaları israr edən bir varlıq etnik mənsubiyyətinə görə türkdür. Onun adı və soyadı ermənilərə uyğun gəlməsə də ən qatı, ən şovinist erməni kimi düşünməsi, danışması əsl qənaətə gəlmək üçün kifayətdir. Taner Akçam: "Ötən illərin səhvlərinin hansı formada təlafi (kompensasiya) edilməsini mən deyə bilmərəm. Məncə kompensasiya müəyyən ərazilərin verilməsi və ya pul ödənməsi şəklində olarsa bu məsələnin mənəvi hissəsini təmin edə bilər". Şərhə heç cür gəlmir...
Taner Akçam bu yalanları, böhtanları ilə özünə karyera qura bilib. Hətta elmı dərəcə də alıb. Amma unudur ki, türklər hər zatı qırığın, hər böhtançının, hər namərdin xəyanətlərindən yıxılsaydı, başını itirsəydi, böhran yaşasaydı üç min illik tarixə malik ola bilməzdi. Türk millətinə heç nədə gücləri çatmayanların böhtandan başqa əllərindən nə gələ bilər ki? Əsrlər boyu yaltaqlıqla, yarınmaqla, yalanla, hər cür cildə girməklə varlıqlarını qorumağa çalışan ermənilər məhz özlərinə oxşayanları yanlarında görmək istəyirlər. Bu sadə bir məntiqdir. Və Taner Akçam, eləcə də taner akçamlar əmin olsunlar ki, bu cür simada ermənilərdən çox erməni ola biliblər. Türklərsə onları unutmayacaq. Çünki əsl tarixi taner akçamlar yazmır.
İnsanlıqsa yaltaqların, xainlərin yaltağı olanlara hələ də bir ad tapa bilməyib...

[email protected]

TƏQVİM / ARXİV