İlham Əliyev Ruslan Auşevi qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və "Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunulub.
Ruslan Auşev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərindən məmnunluqla danışıb və Ulu Öndərin xatirəsini daim yad etdiyini bildirib.
Prezident İlham Əliyev Ruslan Auşevin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və onun Ulu Öndərin xatirəsi ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürünü bildirib.
Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğulayıb, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini deyib.
Digər Xəbərlər
19 Mart 2024 11:43
“NATO Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu da yüksək qiymətləndirir”
19 Mart 2024 11:41Britaniya səfiri xalqımızı Novruz bayramı münasibətilə təbrik edib
19 Mart 2024 10:16Aqiyə Naxçıvanlı: “Bu il Novruzu Qarabağda və Şərqi Zəngəzurda bu torpaqların əsl sahibləri qarşılayır”
18 Mart 2024 20:00Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mart 2024 19:39