adalet.az header logo
  • Bakı 6°C
21 Fevral 2019 12:47
6850
GÜNDƏM
A- A+

Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib

Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımına həsr olunmuş "Xocalı soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.

R.Rzayev bildirib ki, çox təəssüflər olsun ki, 27 il əvvəl xalqımıza qarşı belə bir ağır cinayət törədilib: "Xalqımız çox ağrılı bir gün yaşayıb. Koçaryan, Sarkisyan hakimiyyəti nəinki bu soyqırımı təşkil ediblər, onun birbaşa iştirakçıları olublar. Ona görə də bu soyqırım xüsusi amansızlıqla törədilib. Vaxt gələcək, Xocalı soyqırımını törədən canilər beynəlxalq trubunal qarşısında cavab verəcəklər”.

Komitə sədri qeyd edib ki, Azərbaycan torpaqları bu gün də işğal altındadır, dünyanın ən böyük hüquqi təşkilatı olan BMT-nin torpaqlarımızın azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilməyib: "Amma inanıram ki, yaxın gələcəkdə biz buna nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bugünkü siyasət torpaqlarımızın sülh yolu ilə azad edilməsidir. Ancaq vaxtı çatanda Azərbaycanın tam hüququ da var ki, güclü ordusu hesabına ərazi bütövlüyünü təmin etsin”.