adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Fevral 2019 12:24
4850
GÜNDƏM
A- A+

“Ermənistan heç bir beynəlxalq qurumun qətnamələrinə məhəl qoymur” - ŞEYX

"Azərbaycan şəhəri Xocalıda törədilən vəhşiliklər hələ də dünya ictimaiyyəti tərəfindən pislənməyib və layiqli qiymətini almayıb".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir: "Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıb. Ermənistan heç bir beynəlxalq qurumun qərar və qətnamələrinə məhəl qoymur. Cəzasızlığından ilhamlanan Ermənistan daim atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir".O qeyd edib ki, soyqırım törədənlərin havadarları Azərbaycana qarşı törədilən terrorizmə haqq qazandırmaq niyyətindədir: "Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırım aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edirik ki, bu soyqırıma biganə qalmasınlar, Qarabağ münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar. Qeyd edim ki, Azərbaycanın bütün məscidlərində və dini məclislərdə cümə günü şəhidlərin şəninə xütbələr veriləcək onların əziz ruhuna Qurani-Kərim, dualar oxunacaq". (Report)