adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 12:04
2452
GÜNDƏM
A- A+

Komitə sədri: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar

Biz bir an belə Xocalı soyqırımını unutmamalıyıq və bütün dünyanı da məcbur etməliyik ki, bunu yaddaşına həkk etsin.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.

Komitə sədri deyib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir: "Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkədə ciddi işlər görülüb və bu gün də davam edi. Soyqırımına hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub. Soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun da danılmaz əməyi olub. Görülən işlərin nəticəsi olaraq bu soyqırımının tanınması baxımından müsbət irəliləyişlər əldə edilib. Çünki ölkədə xalqın birliyi var və dövlət başçısına bu istiqamətdə gördüyü işdə dəstək olmalıyıq".

M.Qurbanlı bildirib ki, Xocalıda törədilənlər insanlıq əleyhinə qarşı törədilmiş cinayətdir: "Bu cür cinayətkarlar harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Xocalı soyqırımını törədənlərin başında duran Sarkisyan, Koçaryan bir gün bu cinayətə görə cavab verməli olacaqlar”.