adalet.az header logo
  • Bakı 6°C
21 Fevral 2019 11:04
19262
İQTİSADİYYAT
A- A+

Azərbaycan qaz hasilatını artıracaq

2019-cu ildə Azərbaycanda qaz istehsalının 20 faiz artacağı gözlənilir.

Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında deyilir.

Bundan başqa hesabatda qeyd olunur ki, neft hasilatı ötən illə müqayisədə stabil səviyyədə qalacaq.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda neft hasilatı 38,8 milyon ton təşkil edib. Qaz hasilatı isə ötən il 30,42 milyard kubmetrə bərabər olub.