adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 00:16
3709
GÜNDƏM
A- A+

GÖYÇAY: YAŞANAN HƏR GÜNÜN ÖZ TƏNTƏNƏSİ...

(əvvəli ötən sayımızda)

Rayonun elektrik təsərrüfatının əsaslı yenidən qurulması işləri davam etdirilmiş, əhalinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığını artırmaq üçün şəhər və kənd yaşayış məntəqələrinin ərazisində 703 ədəd 0,4 kv-luq, 109 ədəd 10 kv-luq dayaqlar yeniləri ilə əvəz edilmiş, 48 ədəd transformatorda əsaslı, 74 ədəd transformatorda cari təmir işləri aparılmış, 32,1 km uzunluğunda yükünü özüdaşıyan naqillər çəkilmiş, 2 ədəd yeni transformator məntəqəsi quraşdırılmışdır.
Hesabat dövründə rayon əhalisinin təbii qazla təminatındakı çətinliklər nəzərə alınaraq 1 nömrəli qaz paylayıcı stansiyada yenidən qurma işləri aparılmış, kənd yaşayış məntəqələrini təbii qazla təmin etmək üçün 2 km uzunluğunda yeni 219mm-lik daşıyıcı xətt çəkilmiş, şəhər və kənd yaşayış məntəqələrinin ayrı-ayrı xətlərdən təbii qazla təmin edilməsi üçün lazımi avadanlıqlar quraşdırılmışdır. Ötən il rayonun Çaxırlı, Ləkçılpaq, Çərəkə, Kürdşaban və Şəkili kəndlərinə təbii qaz verilişi təmin edilmişdir. Hazırda rayon əhalisinin 98,8%-i təbii qazdan istifadə edir ki, bu da orta respublika səviyyəsindən təxminən 3% çoxdur. Şəhərin yeni salınmış 50-ci məhəlləsinin sakinlərinin müraciətləri nəzərə alınaraq ərazinin təbii qazla təmin edən qaz xəttlərinin əsaslı yenidən qurulması işlərinə başlanılmışdır.
Bütün bunlarla yanaşı rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatında müəyyən nöqsan və çatışmamazlıqlar da olmuşdur. Cari ilin yay aylarında şəhər əhalisinin içməli su ilə təminatında çətinliklər yaranmış, mərkəzi su qəbuledici anbardakı su motorları tez-tez sıradan çıxdığından paylayıcı şəbəkəyə kifayət qədər su verilmədiyindən abonentlərə içməli suyun verilməsində fasilələr yaranmış, bu isə əhalinin haqlı narazılığına səbəb olmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq "Azərsu" ASC-nin yerli xidmət sahəsinin rəhbərliyi vəziyyəti düzəltmək üçün əməli tədbirlər görməmişdir. Yalnız rayon İcra Hakimiyyətinin "Azərsu" ASC-yə müraciətindən sonra matorların təmir edilməsi üçün ehtiyat hissələri, həmçinin 2 yeni motor ayrılmış və qısa müddət ərzində əhaliyə içməli su verilişində lazımi qayda yaradılmış, sahənin rəhbərliyinin möhkəmləndirilməsi də yaranmış problemin həllinə öz müsbət təsirini göstərmişdir. Hesabat dövründə əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində rayon elektrik şəbəkəsinin yeni rəhbərliyi tərəfindən bir sıra tədbirlər görülür, sahənin işində nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri davam etdirilmiş, stadionun ərazisində basketbol, voleybol və tennis meydançaları inşa edilmişdir. Əli Kərim adına parkda əsaslı təmir işləri tam başa çatdırılmış, burada yeni monitor quraşdırılmış, müharibə veteranları üçün kafe istifadəyə verilmiş, soyqırım abidəsi şəhidlər xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulmuşdur. Parkda göyçaylı şairlərin dəfn olunduqları ərazi abadlaşdırılmış, Azərbaycanın məhşur yazıçı və şairlərinin "Əbədiyaşar ədiblər" adlı xatirə kompleksi inşa edilmişdir. Heydər Əliyev parkının ərazisində bayraq muzeyi inşa edilmiş, parkdakı fəvvarə kompleksi yenidən qurulmuşdur. Heydər Əliyev prospektindəki xiyabanda abadlıq və əsaslı yenidənqurma işləri aparılmış, ərazinin işıqlandırma sistemi yenidən qurulmuş, səki daşları və üzlük tavaları təzələnmişdir.
Avtovağzal binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar 2015-ci ildə sökülmüş, rayon sakinləri və qonaqlar həmin ərazidəki primitiv qaydada düzəldilmiş müvəqqəti avtostansiyadan istifadə edirdilər. Sərnişin daşınması üçün heç bir rahatlığın olmaması vətəndaşların haqlı narazılığına səbəb olduğundan rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ötən il keçmiş avtovağzalın ərazisində yeni 120 yerlik gözləmə zalı olan avtovağzal binası istifadəyə verilmişdir.
Rayon əhalisinin və nəqliyyat vasitələri sürücülərinin çoxsaylı müraciətləri nəzərə alınaraq Natəvan küçəsinin Nizami küçəsi ilə, həmçinin respublika əhəmiyyətli Göyçay-Bərgüşad avtomobil yolu ilə kəsişən hissəsində işıqforlar quraşdırılmışdır.
Şəhərin küçələrində və çoxmənzilli yaşayış binalarının həyətlərində 44 min kv.m-dən artıq yeni asfalt örtüyü salınmış, kommunal infrastrukturun bərpası və yenidən qurulması tədbirləri ilə əlaqədar ayrılmış vəsait hesabına 5 ədəd 5 mərtəbəli və 10 ədəd 2 mərtəbəli, dövlət mənzil fondunun əsaslı təmir üçün ayrılmış vəsait hesabına 3 ədəd 5 mərtəbəli çoxmənzilli yaşayış binaların da əsaslı təmir işləri aparılmışdır.
Rayon əhalisinə kənd təsərrüfatı məhsullarının satışında lazımi qayda yaradılması üçün tədbirlər davam etdirilmiş, şəhərin Mehdi Hüseynzadə küçəsində örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarına bitişik ərazidə ümumi sahəsi 7 min kv.m. olan talvarlar quraşdırılmış və burada satıcılar üçün 350 satış yeri hazırlanmışdır.
2019-ci ilin yanvar ayının 29-da "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir ki, üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş bütün vəzifələr artıqlaması ilə yerinə yetirilmişdir.
Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət Proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi rayonun da inkişafında ciddi dönüş yaratmışdır.
Eyni zamanda üçüncü Dövlət Proqramında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində 2018-ci ildə də müəyyən işlər görülmüşdür.
Rayonda emal sənayesinin inkişaf etdirilməsi, mövcud potensialdan daha dolğun istifadə edilməsi sahəsində əməli tədbirlər davam etdirilmiş, "Aznar" Qapalı Səhmdar Cəmiyyətində şərab emalı sexi istifadəyə verilmişdir. Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində inşa edilən gün ərzində 10 min kub.m. çirkab su təmizləmə gücü olan qurğu komleksinin tikintisi başa çatdırılmışdır.
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini əhatə edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı, 21 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Alpout avtomobil yolları istifadəyə verilmişdir.
Təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində işlər davam etdirilmiş, 2018-ci ildə Alıkənd kəndində 40 yerlik modul tipli sinif komplekti, Veysəlli kəndində 20 yerlik modul tipli ibtidai məktəb binaları inşa edilmiş, 280 yerlik Potu kənd tam orta məktəbi əsaslı təmir olunmuş və burada 8 əlavə sinif otağı inşa edilmiş, Alpout kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 40 yerlik uşaq bağçası istifadəyə verilmişdir.
Yığncaqda vurğulanmışdır ki, rayonun sosial-iqtisadi inkişafı məsələləri, əhalini narahat edən əsas sosial-məişət problemlərinin həlli daim dövlət başçısının diqqət və nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təkcə 2018-ci ildə rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsi, əhalinin içməli su və təbii qazla təminatının yaxşılaşdırılması, dövlət mənzil fondunun təmiri, əhalinin və yaşayış məntəqələrinin sel və daşqın təhlükəsindən mühafizəsi ilə bağlı 8 sərəncam verilmiş, bu işlərin yerinə yetirilməsinə ümumilikdə 24 milyon 840 min manat vəsait yönəldilmişdir. Ölkə Prezidentinin yorulmaz fəaliyyəti, xalqın səadəti və xoşbəxtliyi üçün əzmlə çalışması regionların, o cümlədən Göyçay rayonunun sosial-iqtisadi inkişafı üçün verdiyi sərəncamlar rayon sakinlərinin diqqətindən yayınmır və Prezident İlham Əliyevin ünvanına daxil olan minnətdarlıq məktublarında öz əksini tapır.
(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDZADƏ