adalet.az header logo
  • Bakı 7°C
20 Fevral 2019 19:27
6035
MƏMLƏKƏT
A- A+

Azərbaycan-Aİ danışıqlarının növbəti raundu keçirilib

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədilə Avropa İttifaqının nümayəndə heyətləri Bakıya səfər edib.

XİN-dən Adalet.az -a verilən məlumata görə, Aİ tərəfindən saziş üzrə əsas danışıqçı, Avropa Xarici Fəaliyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Lyuk Dövinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Xarici İşlər Nazirliyində siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutub.

Aİ nümayəndə heyəti həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.

Aİ-nin Ticarət üzrə Baş Direktorluğunun nümayəndəsi Petros Sourmelisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfi ilə saziş layihəsinin ticarət sahəsi üzrə danışıqlarını bu il fevralın 15-20-də Bakıda davam etdirib.