adalet.az header logo
  • Bakı 7°C
20 Fevral 2019 19:55
21072
İQTİSADİYYAT
A- A+

Əhali bir ayda 3,8 milyard manat qazanıb

2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.

Rəsmi məlumata əsasən, əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 385,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb.