adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Fevral 2019 18:05
4056
SAĞLAMLIQ
A- A+

Gündə 7 saatdan çox oturan insanlarda bu xəstəliklər olur

Oturaq həyat tərzi keçirməyin sağlamlıq üçün zərərli olduğu barədə alimlər və həkimlər dəfələrlə açıqlama veriblər.

Adalet.az Medicina.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin tədqiqatçıları bəyan edib ki, insan gün ərzində heç olmasa 1 saat oturmağa sərf olunan vaxtı azaltsa və hərəkət etsə, ürək-damar sistemi xəstəlikləri riski 20% azalır.

Təcrübə 5600 qadın üzərində müşahidəhlər əsasında aparılır. Analizlər göstərib ki, hər 1 saat əlavə fiziki aktivlik ürək və damar xəstəliklərini 26% azaltmışdır.
Gündə 9 və daha artıq saat oturan qadınlarda diabet və hipertoniya xəstəlikləri daha çox rast gəlinmişdir. Əgər qadın fasiləsiz olaraq 4-6 saat oturubsa, onda 52% ürək xəstəliri riski artmış olur.

Ona görə bu xəstəliklərdən uzaq olmaq istəyənlər hər gün neçə saat oturmaqla vaxt keçirdiklərini hesablayıb, hər gün o saatlardan azı 20-40 dəqiqə azaltmaqla ürəyin işini yaxşılaşdıra bilərlər.