adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 10:08
6739
GÜNDƏM
A- A+

BU RƏŞAD MƏCİD NƏ SAVADSIZ ADAMDI?!

Götürüb Agentliyi bərk tənqid edib. O boyda Yazıçılar İttifaqının katibisən, o boyda «525-ci qəzet»in baş redaktorusan, o boyda yazıçısan, şairsən, sən hələ bilmirsən ki, Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyatını tənzimləməkdən başqa, hər bir işlə məşğuldu. Heç görmüsən bir tıxacda Bakı Nəqliyyat Agentliyinin işçiləri vəziyyətə nəzarət eləsin, tıxacı yoluna qoysun?

Nə yaxşı ki Dövlət Yol Polisi var, yoxsa tıxaclarda canımız çıxardı.

Kənddən gəlmiş bir qohumum şəhərdəki tıxacları görüb məndən soruşur:

- Əmoğlu, nəqliyyatın intellektual idarə edilməsi budu?

Mən də dedim ki, hə, başına dönüm.