Qalın deyil, qalan kitab - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
36460 | 2019-02-21 10:03

Diaspor mövzusunda yazılmış və əldə edəbildiyim bütün kitabları, məqalələri oxumağa çalışıram. Zamanı gəldiyini hissetdiyimdə diaspor barədə kitab, yaxud da xatirələrimi yazmağı da düşünürəm.Zaman-zaman bu mövzuda məqalələr yazmışam və yazmağa da davam edirəm. Elə buyazım da diaspor mövzusundadır, ancaq bumövzuda yazılmış bir kitab barədə.

Bugünlərdə Dr. Orhan Arasın "Avropadakı Azərbaycan diasporu və lobbisi”kitabını oxudum. Adətimdir, artıq illərdir ki, kitab oxuyandaxoşuma gələn, "sarı simə” toxunan məqamları mütləq bir yerə qeyd edirəm. Bukitabdan da qeydlər etmək istədim, ancaq baxdım ki, bu gedişlə hardasa bütünkitabın üzünü köçürtmüş olacam. Odur ki,qələmlə kitabda qeydlər etməyə vəayrıca bir kağızda da işarələdiyim səhifələrin nömrələrini yazmağabaşladım və sonda baxdım ki, kağızda azqala kitabın bütün səhifələrinin nömrəsini yazmışam.

"Kölnünməşhur katolik kilsəsi Domun arxasındakı meydanda Almanca yazılı bildirişlərpaylayırdıq. Əlimdəki bildirişlərə tərs-tərsbaxan əlli yaşlarında olan biralman qadın: "Yalanlarınızla Qarbaçovu bizim gözümüzdən sala bilməzsiniz” deyəbağırdı...

...1990– cı ilin fevral ayında, Azərbaycandakı20 yanvar qırğının üstündən sadəcə 14 gün keçmşyüzlərlə insan Kölndəki meydanda əllərində Azərbaycan və Türk bayraqlarıetiraz mitinqi keçirdir...

...Ertəsigün maraq və həyacanla bizim yaxınlığımızda terləşən bir qəzet kisokuna gəldim. Almaniyanın ən çoxsatılan qəzetlərindən "Bild” qəzeti olmaqla bütün qəzetlərə baxdım və heçbirində bizim mitinqin xəbərinə rast gəlmədim.

...Başqabir mitinq alman radiosu "WDR” in binasının qarşısında keçrilmişdi. Buna baxmayaraqxəbər radioda da çatdırılmamışdı. ”

Kitabın əvvəllindən verdiyim bu seçmədiasporumuzun hansı şərtlər daxilində fəaliyyətgöstərdiyinin və yerli insanlardan nə kimi təpki aldığının, fəaliyyət göstərdiyimizölkələrdə mətbuata çıxmağın nə qədər çətin olduğunun bariz nümunəsidir və durumindi də bir o qədər fərqli deyil. İndi dəyerli insanların diqqətinini yaxşı mənada öz tərəfimizə çəkmək, fəaliyyətimizbarədə mətbuata yazılar vermək olduqca çətin məsələdir.

Kitabda daha sonra, yuxarıda sözünü etdiyim mitinqədən 26 il sonra,2016 – cı ildə "erməni soyqrımı” məsələsi Alman Parlamentində müzakirəsindən bəhsedilir. İllərdir Almaniyada yaşayan minlərlə Türk parlament binası qarşısındaetiraz edir və hər kəs də bu qədər insanın etirazının nəzərə alınacağına ümidedir. Ertəsi gün parlament üzvləri yenidən yığılır və qərar layihəsini müzkirəetməyə başlayır və bu da Alman tv – ləri ilə canlı nümayiş olunur. Ara-sıra dabu hadisəni səssizcə izləyən bir qrup erməni ekranlara gətirilir. Nəhayət ləyihəbir "əleyhinə” olmaqla qəbul edilir. Kitabdan bu sətirləri oxuyan istənilən oxucu üçün qəbul edilmiş bu kimi qərarlarınhansı səbəbdən qəbul edildiyinin anlamaq çətin olmayacağını düşünürəm. Hər ikixalqın diasporunun fəaliyyəti də, onlara göstərilən münasibət də kitabdan burda verdiyim örnəklərlə aşkar görməkmümkündür.

Kitabdan daha bir seçmə:

"AlmaniyanınFrankfurt şəhərində yaşayarkən, Amsterdamda keçriləcək bir "diasportoplantısı”na dəvət almışdım. ToplantıAmsterdamın ən gözəl və ən bahalı otellərindən biri olan "Avropa”otelindəkeçriləcəkdi. Taoplantıya qatılan hərdiaspor təmsilçisi söz aldı və istədiyi qədər danışdı. Üç saat sürən toplantıda Qarabağ hadisələrini,Xocalı msələsini, Avropadakı diasporarınqurduğu dərnəklərin maddi problemlərini uzun-uzadı müzkirə etdik...

...Oteldənçıxanda saat 10 – a az qalmışdı. Hava soyuq və yağmurlu idi. Avtomobil parkınadoğru gedərkən yolda bir döngədə ikikişi ilə rastlaşdım. Əllərində ingiliscə,almanca, fransızca iki səhifəlik broşüraları yoldan gəlib keçənlərəpaylayırdılar...

...Maşına minən kimi cibimdəki broşüranı çıxarıb baxdım. Orda 1915 – ci il ermənihadisələri qısa, amma çox təsirli bir şəkildə dərc edilmişdi...

...Bir müddət maşında oturdum və düşündüm. Bizim "Avropa” otelindəki toplantımızüçün bəlkə də minlərcə avro xərclənmişdi. Orda danışılanların bir çoxu qısa birzamandan sonra unudulacaq və ya təmənna, arzu olaraq qalacaq. Amma bu iki kişinin gördüyü bu iş ən çoxu birbir neçə yüz avroya başa gəlmişdi və ən azı 200 adamın hafizəsində yeralacaqdı. "

Əlavə şərhəehtiyac varmı? Bu yerdə qeyd edim ki, ötənillərdə ayrı-ayrı yazılarımda mən də dəfələrlə bu mövzuya toxunmuş, bu kimi məsələlərədiqqət çəkməyə çalışmışam. Orhan Arasın sözünü etdiyim kitabında bu kimi faktlar, örnəklər çoxdur. Ancaqdiaspor fəaliyyətimizdə buraxdığımız səhvləro qədər çoxdur ki, onları bir deyil, bir neçə kitaba ancaq sığdırmaq mümkündür.

Qeydetdiyim kimi, kitab məlumatlarla, konkret misallarla o qədər zəngnindirki, seçmə vermək və hər seçmə haqqındaayrıca şərh yazmağa başlasam gərək kitabın az qala hamısını bura yazım. Kitabda Qərbli iş adamlarının, siyasətadamlarının digər ölkələrdəki insanların, millətlərin xarakterlərini, xüsusiyyətlərini,adətlərini necə ustalıqla öyrənmələri və bütün bunları eyni ustalıqla öz xeyirlərinənecə dəyişməyə çalışmaları çox gözəl təsvir olunub.

Kitabümumilikdə üç bölümdən ibarətdir. Birinci bölümdə diaspor və lobbiçiliktarixindən, dünyadakı önəmlli lobbi fəaliyyətlərindən örnəklər yer alır. İkincibölümdə isə bizim diaspor tariximizdən və bugünkü diasporumzdan söhbət açılıb.Üçüncü bölümdə isə müəllif nələr etməli olduğumuzu çox aydın surətdə qeydedib. Hər bölüm də ayrı-ayrılıqda məlumatlarla,konkret faktlarla zəngnindir.

Dünyadakıönəmli lobbi fəaliyyətləri barədə oxuduqca adam daha çox işlər görmək və onlaraçatmaq istəyir. Bu kitabdayazılanların bizlərin diaspor fəaliyyətindədaha çox uğur qazanmağımız üçün faydalıolacağına şübhə etmirəm.

YazımaZ.Yaqubun aşağıdakı misraları ilə nöqtəqoymaq istəyirəm:

Oğul, elə saxla qəlbi, ürəyi,
Göy kimi boşalıb dolandan olsun.
Bir qalın kitab var, bir qalan kitab,
Yazanda elə yaz kitabını sən,
Qalından olmasın, qalandan olsun.

Sözü gedən kitab da çoxqalın deyil, ancaq qalan kitab olacağına inanıram.

VüqarAbbasov.


TƏQVİM / ARXİV