adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 10:11
11289
GÜNDƏM
A- A+

Sahib Məmmədov: Dini azadlıq, yoxsa dini təxribat komissiyası?

Bu barədə bir dəfə də illər öncə yazmışdım. Yadıma təsədfən düşmədi. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun öz facebook səhifəsində dərc elədiyi yazısındakı bir "siyasətçi” haqqında "Suriyanın "inqilab təcrübə”sini idxal etmək istəyir” fikrini oxudum.

ABŞ Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) bir qoca əməkdaşı var-Katerina Kosman. 1993-cü ildən tanışıq. Hətta ona 1996-cı ildə yazdığım bir kitabın (kitab deyəndə hardasa 100 səhifədən çox olardı) bir fəslini də həsr eləmişəm. İndi bu Katerina xanım məni beynəlxalq tədbirlərdə görəndə tez üzün çüvirib aradan çıxır. Bir dəfə gedib yaxaladım. Soruşanda ki, məni tanımırsan, deyir hə indi yadıma düşdü. Əslində o yaxşı bilir ki, mən onu yaxşı tanıyıram. Elə ona görə də məndən qaçır. Hərbi vəziyyət dövründə Polşada həmkarlar ittifaqı hərəkatına, əslində isə sosialızm sistemini dağıtmaq üçün yaradılan müxalifətə yardımları təşkil etmək üçün ABŞ da bir neçə təşkilat yaradılmışdı. Arxasında Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) dayansa da guya müstəqil qrumlar idi. Bunlardan Biri NED (National Endowment for Democracy) və İDEE ( Institute for Democracy in Eastern Europe) idi. Deməli bu NED-in bir qolu Amerika Beynəlxalq Əmək Həmrəyliyi üzrə Mərkəzi (American Center for International Labor Solidarity adlanırdı və bu xanım da orda çalışıb. Polşadakı hərəkata dəstək verib. Həmin vaxt mən də Polşada olasam da onunla tanışlığım 1993-cü ildə olub. O zaman mən Prezident Aparatındakı işimdən getmişdim. Hərəkat vaxtı dostlarla birgə yaratdığımız Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqında işləyirdim. Sədrimiz də Mirmöhsün bəy (Əbülfəz Elçibəyin xanımının qardaşı) idi. O zaman bizim ittifaqa daxil olan bəzi həmkarlar təşkilatları tez-tez tətilllər edirdi. Niyəsi bir az uzun məslədir. Bir gün bir neçə nəfər ABŞ-dan gələn şəxs bizimlə görüşdü. Biri də bu xanım Kosman idi. Elan etdikləri məqsədləri bu idi ki, həmkarlar ittifaqı təşkilatları rəhbərlərinə (126 təşkilatı birləşdirirdik və 70 000 üzvümüz var idi) təlimlər keçmək istəyirik. O zamankı "Abşeron” otelində təlimlər başladı. Adı mövzular idi. Həmkarlar ittifaqlarını necə təşkil etmək olar? Kollektiv müqaviləri necə bağlamaq olar və s.

Sonradan hiss elədik ki, bu Katerina xanımın nə isə uzağa gedən məqsədi var. Çünki tez-tez gəlməyə başladı və iş o yerə çatdı ki, bizim fəallarla dostluq əlaqələri də qurdu, hətta bəzən həmkarlar fəallarının toy məclislərinə də gedirdi. Məqsədini dərindən bilməsək də, anlamağa başladıq ki, bunlar bizdən hökumətə qarşı istifadə etmək istəyir. O zaman neft kontraktlarının bağlanması ərəfəsində idik. Müxalifətçi olsaq da qərarlaşdıq ki, bu oyunlara getməyək. Hər dəfə xanımı yola verirdik. Sonradan bu xanımı Bob adlı bir Polşdakı inqilabda xüsusi rolu olan şəxs əvəz elədi. Katerina isə NED-in başqa qurumuna işləməyə getdi. Bob məsləsi bir ayrı tarixçədir onun burdakı fəaliyyəti və bu yazının məqsədi üçün əhəmiyyət kəsb etmir. Sonradan təcrübli kəşfiyyatçı xanım ABŞ Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasına ezam olundu. Bəzi islam ölkələrində, əsasən da Suriyada müxalifətçi dindarlar və onları müdafiə edən "hüquqmüdafiəçiləri” yetişdirilməsinə xüsusi "tövhə” verdi. Son illərdə bu xanımın əsas diqqət mərkəzində olan ölkələrdən biri də (məncə birincisi) Azərbaycandır. O bizdəki dindarları təriqətindən asılı olmayaraq israrla müdafiə edir, dindarları müdafiə edən "hüquqmüdafiəçilərinin” becərilməsinə xüsusi diqqət ayırır. Bəzən NED-in müxtəlif adlarla (Məslən: Söz azadlığına dəstək) verdiyi qrantlar əslində məhz dini qarşıdırma yaratmağa, təriqətlərarası ədavət toxumu əkməyə sərf olunur. Kontak yaratmaq üçün yaxşı "kontakt” yerləri də var.

Sahib Məmmədov