adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Fevral 2019 14:05
8337
MƏMLƏKƏT
A- A+

“Prezident layihənin gedişindən razıdır” - Nazir

"Cənub Qaz Dəhlizi" layihəsi iştirakçı dövlətlər üçün enerji təhlükəsizliyi və iqtisadi inkişaf deməkdir.

Adalet.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci iclasının yekununa dair mətbuat konfransında deyib.

"Ölkə başçısı Məşvərət Şurasının işini yüksək qiymətləndirib, layihənin gedişindən razı qaldığını bildirib və öz çıxışında tövsiyyələrini verib. Bu il Məşvərət Şurasına qatılan ölkələrin sayı artıb, 17 ölkə iştirak edib və bu, layihəyə marağın artması deməkdir. Layihənin 3 enerji xətti - "Şahdəniz" qaz yatağı, Cənubi Qafqaz boru kəməri, TANAP layihələri demək olar ki, sona çatdırılıb. TAP üzərində işlər davam etdirilir, layih 85 faiz icra olunub", - deyə P.Şahbazov vurğulayıb.