adalet.az header logo
  • Bakı 20°C
20 Fevral 2019 12:55
7075
MƏMLƏKƏT
A- A+

Azərbaycanlı tələbələr Moskvada layihələr təqdim edəcəklər

Gənclərin sosial və vətəndaşlıq fəaliyyətinin aktual nəzəri cəhətləri və praktiki səmərəli inkişafı, İctimai əhəmiyyətli məsələlərin həlli üçün gənc nəslin bədii və intellektual potensialının səfərbərlik mexanizmləri "Avrasiya Gəncliyi: Gələcəyimizi birlikdə quraq" adlı Beynəlxalq Tələbə Forumunun iştirakçıları tərəfindən müzakirə ediləcək.

Forum fevral ayının 20-23-ü tarixlərində Moskva şəhərində keçiriləcək.

Forum Rusiyanın "Север – Юг" (Moskva) Siyasi Elm Mərkəzi tərəfindən Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-analitik mərkəzi, Mətbuat Klubu "Содружество” (Moskva), Geosiyasi Araşdırmalar Mərkəzi "Берлек – Единство” (Ufa), İnformasiya və Analitik Mərkəzi "Евразия – Поволжье” (Saratov) ilə birgə təşkil olunur.

Layihə Prezident Qrantları Fondunun dəstəyi ilə həyata keçirilir və Avrasiya dövlətlərinin tələbə cəmiyyətləri arasında müntəzəm əlaqələrin yaradılmasına, sosial əhəmiyyətli təşəbbüslərin uğurla həyata keçirilməsi üçün gənclərin bacarıqlarını inkişaf etdirilməsinə, o cümlədən humanitar əməkdaşlıq və mədəniyyətlərarası dialoqların inkişaf etdirilməsinə yönəlib.

Forumda MDB ölkələrinin tələbə icmalarının nümayəndələri, Rusiya universitetləri və ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsində təcrübəsi olan, layihə işi üzrə mütəxəssislər (təxminən 120 nəfər) iştirak edəcək.

İştirakçılar arasında "Содружество" Mətbuat Klubunun təşkil etdiyi "Avrasiya Gəncliyi: Gələcəyimizi birlikdə quraq " adlı sosial layihələr üzrə interaktiv gənclərarası müsabiqənin qalibləri olan Azərbaycan Respublikasının tələbələri də olacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibində "İrəli” İctimai Birliyinin Belnəlxalq əlaqələr üzrə katibi Diana Seyidova "Biznesin inkişaf etdirilməsi üçün Milli Təcrübə Proqramı" layihəsi ilə çıxış edəcək