adalet.az header logo
  • Bakı 22°C
19 Fevral 2019 18:31
4730
MƏMLƏKƏT
A- A+

“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsinin qalibi Diana Seyidovanın "Cəmiyyətin səsi” adlı fərdi layihəsinin I mərhələsi başa çatıb.

Layihənin əsas məqsədi cəmiyyətdə olan stereotiplərdən, ictimai qınaqdan, gender bərabərsizliyindən qaynaqlanaraq meydana gələn müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, fərqliliyə açıq olmağa dəvət etməkdən ibarətdir.

"Cəmiyyətin səsi” layihəsi Azərbaycan Dillər Universitetində baş tutub. Layihə çərçivəsində Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, aktyor Qorqud Cəfər, gənc aparıcı və aktyor Sənan Ellez, Azərbaycan radiosunun diktoru, xalq artisti Eldost Bayram layihə iştirakçıları ilə görüşüb.

Layihənin I mərhələsində nitq mədəniyyəti, storytelling, emosiyaların çatdırılması, daxili obraz təlimləri peşəkarlar tərəfindən keçirilib.

Layihə II mərhələdən ibarətdir Layihənin I mərhələsi başa çatıb. II mərhələdə layihə iştirakçıları ölkədə sosial problemləri araşdıracaq, sosial problemləri olan insanların həyat hekayələri ssenariləşdiriləcək. Yekun olaraq isə həmin hekayələrin videoçarxlarının çəkilməsi, təqdimatı və sosial şəbəkələrdə yerləşdirməsi nəzərdə tutulub nəzərdə tutulub

Qeyd edək ki, layihə cəmiyyətdə baş verən gender bərabərsizliyi, ictimai qınaq, önyarğı və s. kimi sosial problemləri əhatə edən hekayələri ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə həyata keçirilir.