adalet.az header logo
  • Bakı 7°C
20 Fevral 2019 18:54
14751
DÜNYA
A- A+

Bu ölkədə 27 nəfər hələ də “Hitler təqaüdü” alır

Belçikada Üçüncü Reyxin əsgəri olmuş 27 nəfər hələ də rəsmi Berlindən "Hitler təqaüdü” almağa davam edir.

Adalet.az xəbər verir ki, sözügedən təqaüdlər 1941-ci ildə şəxsən Hitlerin əmri ilə təyin edilib.

Təqaüdləri ya nasistlərin özləri, ya da onların yaxınları alır. Onlara loyallıq, etibar və sədaqət qarşılığında Hitler özü bu təqaüdlə bağlı zəmanət verib. Təqaüdün məbləği 425-1275 avro arasında dəyişir.

Qeyd edək ki, Berlin Üçüncü Reyxin bütün, o cümlədən təqaüd öhdəliklərini üzərinə götürdüyü üçün bu təqaüdləri verməyə davam edir.