adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Fevral 2019 11:36
6591
MƏMLƏKƏT
A- A+

Bu yollarda buzlaşma var - SİYAHI

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) hava şəraitilə əlaqədar olaraq yollardakı son vəziyyətə dair məlumatı açıqlayıb.

AAYDA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, bəzi yollarda buzlaşma səbəbilə qum səpilib, müvafiq tədbirlər həyata keçirilib. Sözügedən yollar aşağıdakılardır:

1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu -Yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.

2. Giləzi – Xızı - Səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3. Bakı – Qobustan - Yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4. Qobustan - Şamaxı - Muğanlı- Yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5. Muğanlı - Ağsu – Yevlax -Yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Muğanlı – İsmayıllı - Yağntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7. İsmayıllı – Qəbələ-Oğuz – Şəki - Yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

8. Bakı - Ələt – Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

10. Yevlax – Şəki (Göybulaq) -Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

11. Gəncə-Daşkəsən – Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12. Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.

16. Masallı – Yardımlı - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

17. Lənkəran – Lerik -Yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.