adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Fevral 2019 10:57
4483
HADİSƏ
A- A+

FHN yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı 4 evdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan birmərtəbəli tikilinin (arakəsmələri taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları 670 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​