adalet.az header logo
  • Bakı 18°C
20 Fevral 2019 00:20
3350
GÜNDƏM
A- A+

16 ŞTAT TRAMPI MƏHKƏMƏYƏ VERDİ

ABŞ-ın 16 ştatından ibarət koalisiya San-Fransisko dairə məhkəməsinə prezident Donald Trampa qarşı fövqəladə vəziyyət rejimi elan etdiyinə görə iddia ərizəsi ilə müraciət edib.
İddia həmçinin Tramp administrasiyasının yüksək vəzifəli əməkdaşlarına qarşı da irəli sürülüb. Bu barədə məlumat verən Reuters agentliyi qeyd edir ki, ölkə başçısı Meksika ilə sərhəddə hasarın tikintisi üçün maliyyə vəsaiti ayırmaq hüququna malik deyil. Belə ki, ölkə büdcəsinə Konqres nəzarət edir.
"Biz prezident Trampa qarşı birtərəfli qaydada vergi ödəyicilərinin konqres tərəfindən bizim ştatların əhalisinə ayrılan vəsaiti dağıtdığına görə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişik" - deyə Kaliforniyanın baş prokuroru Ksavyer Beserr bəyan edib. Baş prokuror qeyd edib ki, Trampa qarşı qaldırılan iddia onu prezident səlahiyyətlərindən sui-istifadə etməsinin qarşısının alınması üçün görülən tədbirdir.
Ştatların koalisiyasına Kaliforniya rəhbərlik edir. Məhkəmə prosesində bu ştata Kolarado, Konnektikut, Delaver, Havay, İlinoys, Men, Merilend, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Mexiko, Nyu-York, Oreqon, Vircinya və Miçiqan ştatları da qoşulub.
İddia ərizəsində göstərilir ki, Trampın bu hərəkətindən federal maliyyələşdirmə proqramları, o cümlədən hüquq-mühafizə orqanlarının narkotiktlərlə mübarizəsinə ayrılan milyonlarla dolların itirilməsi deməkdir. "The Nyu-York Times" qeyd edir ki, prezidentin bu qərarı həmçinin Texasın ətraf mühitinə də xələl gətirə bilər.
Ağ Evdə ştatlar tərəfindən prezidentə qarşı qaldırılmış iddiaya şərh verilməyib. Xatırladırıq ki, ölkənin cənub sərhədləri ərazisində fövqəladə vəziyyətin yaradılması ilə bağlı qərarı Donald Tramp 15 fevral tarixində elan etmişdi. Onun bu addımı sərhəd boyu hasarın tikilməsi üçün lazım olan 8 milyard dollara yaxın vəsaitin Amerika Konqresinin razılığı olmadan ayrılmasına imkan verir.
Konqres Trampın fövqəladə vəziyyətlə bağlı qərarını hakimiyyətdən "kobudcasına sui-istifadə" istifadə etmək kimi qiymətləndirib. Konqresin hakimlər palatasının komitə üzvləri bildiriblər ki, prezident yalnız "real böhran" - müharibə və yaxud təbii fəlakət zamanı fövqəladə vəziyyət elan edə bilər.