adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Fevral 2019 00:12
3754
GÜNDƏM
A- A+

ZAQATALA: BURADA GÜNLƏR HƏR MƏNADA ÜZÜ BAHARA DOĞRUDUR

(əvvəli ötən saylarımızda)

2018-ci il ərzində rayonda abadlıq-quruculuq işləri də uğurla davam etdirilərək şəhərin Azərbaycan prospektində, Zərifə Əliyeva, 28 May, Nizami, E.Ağayev, H.Z.Tağıyev və Ü.Hacıbəyli küçələrində, Qala düzü pilləkənlərində, Heydər Parkında təmir işləri aparılmışdır. Pilləkənlərdə yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək yanmış qranit üzlüyü ilə əvəzlənmiş, 1 saylı tam orta məktəbin qarşısındakı yararsız vəziyyətdə olan istinad divarı sökülərək yeni istinad divarı tikilmiş, kərpic və üzlük çay daşı ilə üzlənmişdir. Abadlıq işləri aparılan küçələrdə 5170 kvm tamet örtüyü, 880 metr uzunluğunda müxtəlif diametrli borularla yağış sularının kənarlaşdırılması üçün küçə arxları çəkilmiş, 2150 metr beton səki daşı quraşdırılmış, Qala düzü pilləkənlərində, H.Z.Tağıyev, 28 May, Ü.Hacıbəyov küçələrində və Heydər parkında yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Şəhərin H.Əliyev prospekti, F.Əmirov, M.İbrahimov, A.Qardaşov, M.Rəsulzadə, N.Kusayev, S.Kazımov, Nizami, Göyəm, Çökək və S.Bayramov küçələrində ümumi sahəsi 37,5 min kvm asfalt örtüyü döşənmiş, Nizami küçəsi 52, C.Cabbarlı küçəsi 1 və 3 saylı çoxmənzilli binaların həyətində abadlıq və asfaltlaşdırma işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 20 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri başa çatdırılmışdır. Abad həyət layihəsi əsasında 200 ailənin yaşadığı Sülh küçəsi 1, 3, 9 və 11 saylı 5 mərtəbəli yaşayış binalarının həyətində 0,9 ha sahədə abadlıq və təmir işləri aparılmışdır. Ərazidə 2425 kvm yaşıllıq sahəsi salınmış, 70 ədəd müxtəlif dekorativ və meyvə ağacları, 100 ədəd qızılgül kolu əkilmişdir. Sahəsi 448 kvm olan idman meydançası, 150 yerlik xeyir-şər evi, avtomobillər üçün parklama yerləri inşa edilmiş, səkilərə tamet örtüyü döşənmiş, yeni transformator yarımstansiyası, uşaq oyun meydançaları, söhbətgahlar, suvarma və işıqlandırma sistemləri quraşdırılmışdır. Məhəllədaxili avtomobil yollarına və keçidlərə 3000 kvm asfalt örtüyü döşənmişdir.
Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına 29,8 km uzunluğunda R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin və M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 35 km uzunluğunda Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılmışdır. İl ərzində 37 km uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi davam etdirilmiş, 42 km uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun yenidənqurulması işlərinə başlanılmışdır.
Kommunal Müəssisələri Kombinatının maddi-texniki bazası gücləndirilmiş, yaşıllaşdırma işlərinin həyata keçirilməsi, yaşıllıqların qorunması və səllimçiliklə mübarizə, abadlıq qurğularının qorunub saxlanması sahəsində də müvafiq işlər görülmüş, tinglik torpaq sahəsində yaşıllıq təsərrüfatı üçün müxtəlif növ bəzək ağacları və gül kollarının yetişdirilməsinə diqqət artırılmışdır.
Əhali və qeyri-əhali sektoru üzrə göstərilmiş kommunal xidmətlərin dəyərinin ödənilməsi 100 faizdən artıq olmuşdur.
2018-ci il ərzində rayonun Lahıc, Bəhmətli və Kürdəmir kəndləri təbii qazla təmin edilmiş, 14 qeyri-əhali və 723 yeni əhali abonenti qeydiyyata alınmış, 01 yanvar 2019-cu il tarixə rayon üzrə əhali abonentlərin sayı 21735, qeyri əhali abonentlərin sayı 199 olmaqla ümumi abonent sayı 21934 təşkil edir.
2018-ci ildə rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Zaqatala elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 16.0 km uzunluğunda 10-kv-luq, 25.3 km uzunluğunda 0,4 kv-luq hava xətləri, 87 ədəd 10/0,4 kv-luq transfarmator məntəqəsi əsaslı təmir olunmuş, 10 kv-luq elektrik verilişi xətlərində 8.5 km, 0,4 kv-luq elektrik verilişi xətlərində 3,0 km uzunluğunda yeni naqil çəkilmiş, 10-kv-luq hava xətində 85 ədəd, 0,4 kv-luq hava xətlərində 391 ədəd metal və dəmir-beton dayaq quraşdırılmış, 537 ədəd elektron tipli sayğac quraşdırılmış, 3470 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 4 ədəd kompleks transformator məntəqəsi quraşdırılmışdır. Rayon ərazisində 40,8 km uzunluğunda 0,4 KV-luq elektrik verilişi xətləri SİP kabel xətti ilə əvəz edilmişdir. Ötən ildə rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. Sabunçu, Mazıx, Zilban və Meşleş su hövzələri lil qatından təmizlənərək əhaliyə daha keyfiyyətli içməli suyun çatdırılması təmin edilmişdir.
2018-ci ildə rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilmiş, göstərilən xidmətin həcmi 3,2 milyon manat təşkil etmiş, əhaliyə 40 növə yaxın ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərilmişdir.
2018-ci il ərzində rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18.4, hər 100 ailəyə düşən telefon sayı isə 85 ədəd təşkil etmişdir. Telefon istifadəçilərinin sayı 92 nəfər artaraq 23498 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı 1787 nəfər artaraq 14451 nəfərə çatmışdır.
Hesabat dövründə "Ümumtəhsildə keyfiyyət ili" çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, rayonun ümumtəhsil məktəblərində açıq dərslər, bilik yarışları, müsabiqələr keçirilmiş, seminarlar təşkil olunmuşdur.
2018-ci il ərzində 417 nəfər məzun ali məktəblərə qəbul olunmuş, onlardan 26 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. 07 sentyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində 600-dən yuxarı bal toplayan məzunlarla RİHB-nın görüşü keçirilərək məzunlara qiymətli hədiyyələr təqdim olunmuşdur.
2018-ci ildə də cənab Prezidentin sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin müəllimi Şabanova Pərixanım Hənifə qızı "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Hesabat dövründə "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayonun tədrisdə fərqlənən 40 nəfər X-XI sinif şagirdi Gəncə-Şəmkir-Göygöl bölgəsinə, 40 nəfər isə Lənkəran, Astara, Masallı rayonlarına səfər etmiş, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 38 rayonun məktəbliləri Zaqatala rayonuna gəlmiş, rayonun tarixi və mədəni abidələri, emal müəssisələri ilə tanışlıq və yola salınması mərasimləri uğurla başa çatmışdır. 2018-ci ilin sentyabrın 29-da "Beynəlxalq fındıq, qoz və şabalıd festivalı" keçirilmişdir. Zaqatala rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak etmişlər.
Bu gün dünyanın 25 ölkəsinə fındıq ixrac edən Azərbaycanda istehsal edilən fındıq məhsulunun 80 faizə qədəri məhz Zaqatala rayonundan ixrac olunur. Zaqatalada keçirilən "Beynəlxal fındıq, qoz və şabalıd festivalı"nda iştirak etməkdən məmnun qaldıqlarını bildirən Norveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili, ailə üzvləri ilə birlikdə iştirak edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri tədbirin yüksək səviyyədə təşkil olunduğunu, Zaqatalanın təbiətinə heyran olduqlarını, Zaqatalanı çox sevdiklərini vurğulamışlar.
Sentyabrın 29-da keçirilən bu ümumrayon bayramı həqiqi mənada öz möhtəşəmliyi ilə Zaqatalanın tarixinə yeni bir səhifə yazdı.
Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, həkimlər tərəfindən 181 min 322 nəfərə ambulator qəbul, 2057 nəfərə evə gediş olmuş, hemofiliyalı xəstələrə dəstək məqsədi ilə qan vermə aksiyaları keçirilmiş, şəkərli diabeti olan, vərəmli, onkoloji, psixiatrik xəstələrə müayinə və müalicələr təyin edilmişdir. Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin kütləvi profilaktik müayinəsi zamanı 75552 nəfər müayinədən keçirilmiş, 7022 nəfər ambulator, 102 nəfər stasionar müalicəyə cəlb edilmişdir.
Milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə rayonda tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, dövlət əhəmiyyətli günlər münasibəti ilə geniş bayram şənlikləri, konfranslar keçirilərək konsert proqramları təşkil olunmuş, müxtəlif sərgilər nümayiş etdirilmiş, kompozisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.
Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyev demişdir: "Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır, heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın." Ölkə rəhbərinin bu fikirləri daim RİH-nin fəaliyyəti zamanı diqqətdə saxlanılmışdır. Belə ki, şəffaflığın təmin edilməsi məqsədilə büdcə təşkilatları tərəfindən malların alınması, iş və xidmətlərin görülməsi, əməliyyatların aparılması "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrə uyğun həyata keçirilmiş, mal alışı, iş və xidmətlərin görülməsi zamanı tender və kotirovka sorğularının komissiyalar tərəfindən həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Hesabat dövründə müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsi ilə "ASAN" xidmət tərəfindən rayon əhalisinə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyatların qeydiyyatı, notariat fəaliyyəti üzrə ümumilikdə 9785 xidmət göstərilmişdir.
Məzahir ƏHMƏDZADƏ