adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Fevral 2019 17:47
25367
SAĞLAMLIQ
A- A+

Qorxulu Hepatit B - Hər il 2 milyon insanı öldürür

Hepatit B xəstəliyi ilk növbədə qaraciyər hüceyrələrinin iltihabı və məhvi ilə müşahidə edilən infeksion xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur.

Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılıb. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxur. Hal-hazırda dünya əhalisinin təxminən 5/2-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1,5-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.

Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır.

Adalet.az Medicina.az-a istinadən Hepatit B infeksiyası üçün risk daşıyan qrupları təqdim edir:

a) Səhiyyə personalı,

b) Çox sayda qan köçürmə edilən xəstələr,

c) Hemofil və hemodiyaliz xəstələr,

d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,

e) Homoseksual və biseksual kişilər,

f) Damar daxili narkotik istifadə edənlər,

g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yurd və həbsxana kimi yerlərdə yaşayanlar,

h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.

Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.

1) Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində (perkutan ya da parenteral yoluxma),

2) İnsandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə (horizontal yoluxma),

3) Cinsi yolla,

4) Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.

Əlamətləri:

Virusa yoluxmuş şəxslərin təxminən 50-65% -də heç bir xəstəlik əlaməti inkişaf etmir. Onların təxminən 30-50%-də əzginlik, yorğunluq, yüngül temperatur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər yaranır.Uşaqlarda 10%-dən az hallarda, yeniyetmələrin isə 30-50%-də sarılıq meydana çıxa bilər.Körpələrin immun sistemi səbəbi ilə infeksiya yetişkinlərə görə daha çox nisbətdə xronikiləşməyə meyllidir. Yenidoğulmuşların 5-10%-ındə, 1-5 yaş qrupundakı uşaqların 70%-də, yaşlıların isə 90-95%-də virus 6 ay içərisində bədəndən təmizlənir və immunitet inkişaf edir. Kəskin infeksiya yetkin yaşda olanların yalnız 5-10%-inda xronikiləşə, yenidoğulmuşların 90-95%-də, uşaq və yeniyetmələin 30%-inda xroniki formaya keçə bilər ki, bu zaman pasiyent daşıyıcıya çevrilir.
Kəskin infeksiyadan sonra 6 ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu və ya virus zülallarını qanlarında daşıyan şəxslərə virus daşıyıcı deyilir. Əvvəlcə, bu şəxslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu şəxslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm bir əlaqə vardır.

Müalicəsi:
Xronik B hepatiti xəstəliyi zamanı antiviral dərman preparatları tətbiq edilir. Bunlar, virusla mübarizədə müsbət rol oynayır. Bu dərmanlar gələcəkdəki qaraciyər fəsadlarının da qarşısını alır. Bu zaman hər hansı bir bitki tərkibili dərmanlardan və ya dəmləmə qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki bəzi bitkilər qaraciyərə dəyən zədəni daha da ağırlaşdıra bilir.

Hepatit B xəstəliyi həftədə bir dəfə dəri altına tətbiq edilən iynələrlə və oral yolla qəbul edilən dərmanlara müalicə edilir. Dərman müalicəsinin əsas məqsədi virusun çoxalmasının və qaraciyərə zərər vurmasının qarşısını almaqdır. Ancaq quruluşuna görə qaraciyər hücrələrindən virusun tamamilə təmizlənməsi ehtimalı çox azdır.