hacklink Adalet.az | Amerikada Elçin Xəlilovun qatilini tutdular Adalet.az | Amerikada Elçin Xəlilovun qatilini tutdular Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Amerikada Elçin Xəlilovun qatilini tutdular

10020    |   2019-02-19 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ polisi mobil telefonların təmiri mağazasının sahibi olmuş azərbaycanlı gənc Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib. Elçin bu il yanvarın 14-də, səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yerləşən öz mağazasında qarət cəhdi zamanı qətlə yetirilib.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı gəncin qətlindən sonra polis Millerin videosunu yayıb və Federal Təhqiqat Bürosu qatilin həbs olunması üçün onun yeri barədə informasiya verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. Qatilə qarşı adam öldürmə, təhlükəli silahla qarət və odlu silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılıb. Polisin məlumatına görə, Miller mağazanı qarət edərkən Elçin heç bir müqavimət göstərməyib. Xəlilov xəstəxanaya çatdırılıb və boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişib.

29 yaşlı azərbaycanlı gənc əslən Sumqayıt şəhərindən olub.

Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində "Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb.




İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO