adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Fevral 2019 23:00
5406
GÜNDƏM
A- A+

ZAQATALA: BURADA GÜNLƏR HƏR MƏNADA ÜZÜ BAHARA DOĞRUDUR

(əvvəli ötən sayımızda)

Hesabat ilində 350 pensiya işi təyin edilmiş, 16 min 718 pensiyaçıya xidmət göstərilmiş, 4 milyon 339 min manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 92,2 faiz icra edilmişdir. Rayonda 202 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 5 min 448 nəfərə sosial müavinət, 756 nəfərə Prezident təqaüdü, 375 ailənin 1440 üzvünə ünvanlı sosial yardım verilmişdir.
İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə rayonda 1465 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 523 nəfər münasib işə göndərilmiş, "Əmək yarmarkası"nın və "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq 320 nəfər "Öz biznesinə başla və təkmilləşdir" mövzusunda xüsusi təlimlər keçmiş, 136 nəfərə öz biznesinə başlamaq üçün aktivlər- mal-material verilməsi təmin edilmişdir.
Respublika Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiqinə dair sərəncamının icrası olaraq rayon icra hakimiyyəti yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsi öz işini davam etdirmiş, aparılan maarfləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 223 nəfərin rəsmi məşğulluğu təmin olunmuşdur.
Rayonda kənd təsərrüfatı işləri davam etdirilərək 2018-ci ilin məhsulu üçün 10 min 933 ha sahədə payızlıq taxıl, o cümlədən 7581 ha sahədə buğda, 4 min 2 ha sahədə qarğıdalı, 4 ha sahədə vələmir, 278 ha sahədə paxlalılar, ondan 100 ha sahədə soya, 182 ha sahədə günəbaxan, 157 ha sahədə qazanlıq gülü, 35 ha sahədə lavanda, 1559 ha sahədə kartof, 2117 ha sahədə tərəvəz, 797 ha sahədə bostan bitkiləri və 7791 ha sahədə çoxillik otlar becərilmişdir. Bundan başqa, rayonda dən və yaşıl yem istehsalının artırılması məqsədi ilə payızlıq taxıl biçinindən sonra aralıq bitkilər əkilərək 478 ha sahə təkrar əkinə cəlb edilmişdir. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi nəticəsində rayonda ötən ildə 35 min 610 ton payızlıq taxıl, o cümlədən 25 min 17 ton buğda, 22 min 411 ton qarğıdalı, 12 ton vələmir, 356 ton paxlalı, 423 ton dən üçün günəbaxan, 194 ton soya, 18 min 765 ton kartof, 21 min 233 ton tərəvəz, 9040 ton bostan məhsulları, 60 min 550 ton quru ot, 874 ton üzüm, 55 ton yaşıl çay yarpağı, 37 min 205 ton meyvə istehsal olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar 2018-ci ildə rayon üzrə əkin sahəsinin becərilməsinə görə 976 min 73 manat, təkrar əkinlərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 6 min 41 manat dövlət yardımının verilməsi təmin edilmiş, "Aqrolizinq" ASC-tərəfindən fermer təsərrüfatlarına güzəştli qaydada 1257 ton mineral gübrələr və 886 litr pestisid satılmışdır
Ötən il ərzində rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 6 min 324 baş ana mal süni mayalandırılmış, 3 min 817 baş cins bala əldə edilmiş, iri buynuzlu mal-qaranın baş sayı 60 min 715 baş, qoyun-keçilərin baş sayı 137 min 802 baş olmuş, rayonda 9409 ton diri çəkidə ət, 43 min 590 ton süd, 22 milyon 480 min ədəd yumurta, 299 ton yun istehsal edilmişdir.
Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı demişdir: "Qeyd etdiyim kimi, kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı göstəricidir. Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik."
Cənab Prezidentin bu fikirləri rayonumuz üçün də qarşıda duran vəzifələri müəyyən etməklə, böyük nailiyyətlər əldə etməyə ruhlandırır...
Yığıncaqda daha sonra qeyd olunmuşdur ki, fındıq bağı sahələrinin artırılması istiqamətində əhali arasında mütəmadi maarifləndirmə işləri aparılmış, rayonda 2018-ci ildə 1354 ha sahədə yeni fındıq bağları salınmış və mövcud fındıq bağlarının sahəsi 19 min 505 hektara çatdırılmış, fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 75 milyon 151 min manat vəsait daxil olmuşdur.
"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar 2018-ci ildə rayonda 750 ha sahədə tütün əkilmiş və 875 ton quru tütün istehsal edilmiş, tütün ixracından respublikaya 19 milyon manat vəsait daxil olmuşdur. Hesabat dövründə "Zaqatala Aqrosənaye" MMC-nin direktoru Məmmədov Məmmədxan Saleh oğlu "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.
2018-ci ildə rayonda 40 ton proqnoza qarşı 48,1 ton barama istehsal edilmiş, 233 nəfər barama istehsalçısına emal müəssisəsinə təhvil verdikləri 47 ton yaş baramanın hər kiloqramı üçün 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına 234 min 735 manat subsidiya verilmişdir.
Gələcəkdə baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 2018-ci ilin payız mövsümündə cəmi 200 min ədəd olmaqla tut tinginin əkilməsi təmin edilmişdir.
Arıçılığın inkişaf etdirilməsi məqsədi ilə rayonda "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının icrası məqsədi ilə rayonun 27 inzibati ərazi dairəsi üzrə 816 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları 20 min 974 arı ailəsinə görə 209 min 740 manat subsidiya verilmişdir.
Zaqatala üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri olan gülçülük inkişaf etdirilərək 2018-ci ildə "AZ ROSE" MMC-də 38 kq qızıl gül yağı və 290 kq lavanda yağı istehsal edilmişdir.
2018-ci ildə rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılmışdır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikamızda kağız, karton və plastik tullantıların çeşidlənərək yığılması və təkrar emala verilməsi layihəsinin icrası məqsədi ilə hesabat dövründə 47 ton karton və kağız tullantıları, 8,5 ton plastik tullantılar emal müəssisəsinə təhvil verilmişdir. Ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 40 min 390 manat cərimə tətbiq olunmuşdur.
Rayonda 1101 ha sahədə mədəni meşə əkininə xidmət olunmuş, 41 ha sahədə isə mədəni meşə əkini aparılaraq 20 min 940 ədəd müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir.
2018-ci ildə rayonda 376 min kub metr həcmində suvarma kanalları lildən təmizlənmiş, kanallar üzərində olan 18 ədəd hidrotexniki qurğu təmir olunmuşdur.
Ötən ildə rayonda Muxax,Tala, Katex, Qanıx və Bəkməz çaylarında 1290 min kub metr həcmində cay yataqları təmizlənmiş, yaşayış məntəqələrinin qorunması məqsədi ilə Muxax çayda 2426 kub metr daş beton bəndlər təmir edilmiş, Muxax çayda 760 kub metr həcmində qabion bəndlər quraşdırılmışdır.
Cari ilin yaz və yay aylarında yağan güclü yağışlar nəticəsində rayonun əksər yaşayış məntəqələrində çaylar məcrasından çıxmış, qurulmuş müvəqqəti torpaq valları yuyaraq əkin sahələrinə və yaşayış məntəqələrinə ziyan vurmuşdur. Avqustun 10-da bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin helikopteri ilə təhlükəsiz əraziyə köçürülmüşdür. Yaranmış vəziyyətlə əlaqədar "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin birbaşa köməyi ilə rayona əlavə maşın və mexanizmlər cəlb edilmiş, sel-sularından mühafizə məqsədi ilə çay yataqları təmizlənmiş, torpaq vallar qurulmuş və hazırda bu işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 12 mart 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci ildə rayonda daha 13 ədəd subartezian quyusu qazılmışdır.
Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına 29,0 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülmüşdür.
İl ərzində rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilmiş, Mosul və Mazıx kənd uşaq bağçalarında yenidənqurma və təmir işləri aparılaraq yeni inventar və avadanlıqlarla təchiz edilmişdir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Qandax və Kəpənəkçi kəndlərində 2 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilmişdir.
Rayonda ümumi sahəsi 9953 kvm olan 78 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, sahibkarlar tərəfindən rayonda 4,1 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmış, şəhərdə "Günəş Palas" şadlıq sarayının açılışı həyata keçirilmişdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda Qarabağ əlillərinin və şəhid ailələrinin mənzill şəraitinin yaxşılaşdırılması üçün 3 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.
(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDZADƏ