adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Fevral 2019 19:14
11929
İDMAN
A- A+

UEFA Əliyarı VAR-la bağlı yarışa çağırdı

Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə "Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq. 42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək.