adalet.az header logo
  • Bakı 18°C
18 Fevral 2019 18:34
7275
MƏMLƏKƏT
A- A+

KTN-nin nümayəndələri CAR-a gedib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında səfərdədir.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir.

Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə "Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və "Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.