adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Fevral 2019 15:37
6020
MƏMLƏKƏT
A- A+

Prezident Sumqayıta 3 milyon ayırdı

Prezident İlham Əliyev "Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.