adalet.az header logo
  • Bakı 7°C
18 Fevral 2019 12:44
13359
GÜNDƏM
A- A+

Milli Şura məni heç maraqlandırmır - SORĞU

Xəbər verdiyimiz kimi, Milli Şura mitinq keçirməklə bağlı qərar qəbul edib. Bu barədə AXCP sədri Əli Kərimli məlumat yaymışdır. Bildirmişdi ki, mitinqin 23 fevral saat 15.00-da Yasamal rayonunda yerləşən "Məhsul” stadionunda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın bundan əvvəl – 26 yanvara təyin edilmiş aksiyasına icazə verməmişdi.

Adalet.az məsələyələ bağlı sorğu keçirib. Cavabları təqdim edirik.



Milli Məclisin deputatı Araz Əlizadə: "Milli Şura məni heç maraqlandırmır. Milli Şura çoxdan yaddan çıxıb, ara-sıra jurnalistlər yada salmasa heç kimin yadına düşməz. Mən Milli Şura haqqında münasibətimi ora yarananda bildimişdim. Demişdim ki, onların Azərbaycan xalqına heç bir xeyri yoxdur və olmayacaq. Onlar mitinq keçirsə də, keçirməsə də heç nə baş verə bilməz. Bir məşhur tamaşada deyildiyi kimi – "ölünün qıdığı gəlmir.”





Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Qarabağ komitəsi olaraq davamlı şəkildə mitinqlərə müraciət edirik. Fevralın 16-sına mitiniq təşkil etmək istədik, icazə verilmədi. Hesab edirəm ki, mitiniqlərə müraciət olunursa buna müsbət yanaşılmalıdır. İcazə verilməlidir. Əhalinin müəyyən kəsimi hadisələrə mitinq vasitəsilə öz münasibətini bildirməlidir. Mitinq bank xidmətləri ilə bağlıdır. Onların qərarına hörmətlə yanaşıram. Ancaq istənilən etirazlar, aksiyalar Qarabağla bağlı olmalıdır. Bu gün Azərbaycanın ən böyük problemi Qarabağ problemidir. Həddindən artıq çox vaxt keçib. Ancaq hər kəsin münasibətinə hörmətlə yanaşıram. İcazə verilməsə bu onların qərarıdır. Hər halda Azərbaycanda qarşıdurmaya ehtiyac yoxdur. Hakimiyyətdə qarşıdurmaya şərait yaratmamalıdır. Elə addımlar atmalıdır ki, qarşıdurma yaranmasın.”




Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "İcazə verilməsə nə baş verə bilər ki? Milli Şura hakimiyyətin yaratdığı bir qurumdur. Onlar nüfuzdan düşmüş təşkilatdır. Onlar çalışırlar ki, Əli Kərimovu, Cəmil Həsənlini gündəmdə saxlasınlar. Ona görə də bu yola əl atırlar. Sadaladığım adlar xalqın gözündə nüfuzdan düşmüş adlardır. Onlar kimdirlər ki? Heç ailələrinə rəhbərlik edə bilmirlər. Onların heç bir gücü yoxdur. Bu gün prezident xalqın manefiyinə uyğun uğurlu addımlar atır. Əli Kərimov xalqla oynayır, bunu hakimiyyət də görür. Heç bir şey baş verəsi deyil. Bunlar çalışırlar ki, nəyəsə nail olsunlar. Vaxtı keçmiş insanlardı. Hakimiyyətin müəyyən qollarında ölkə prezidentinə təzyiq göstərmək istəyənlərin oyunudur. Hər halda, məncə mitinqə icazə verilməyəcək.”