adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Fevral 2019 11:50
15222
DÜNYA
A- A+

Ərəbləri ölmüş dəvələr


14 milyon kvadrat kilometr əraziyə yayılan 22 ərəb ölkəsi var. Bunların səkkizində sultan, kral və əmir var.

410 milyon insanın yaşadığı ərəb ölkələrində 57 milyon adam oxuma, yazma bilmir.

Ərəb ölkələrindən bir adam ildə orta hesabla 6 dəqiqəsini kitab oxumağa ayırarkən, Avropa ölkələrindən bu vaxt 200 saata bərabərdir.

İnsanlar vaxtlarının 36 faizini televizora və sosial mediaya ayırır.

Son 3 ildə 13,5 milyon uşaq dərsə gedə bilmədi.

22 ərəb ölkəsində ildə 20 min kitab çap olunur.

410 milyon ərəb ildə 2900 yardım alır. Bu say 50 milyonluq Cənubi Koreyada 20201-dir.
30 milyon adam yoxsulluqdan əziyyət çəkir. Son iki ildə bu say 8 faiz artdı.

Dünya əhalisinin 5 faizini təşkil edən ərəblər dünyada meydana gələn terror hadisələrinin 45 faizini yaşayır.

Dünyada qaçqınların 75 faizi ərəblərdir.

Dünyada müharibədə ölənlərin 68 faizi ərəbdir. "Ərəb baharı” vaxtı yəni 2011-2018-ci illər arası 14 milyon insan daxili və ya xarici köçə məruz qaldı.

2011-2018-ci illər arası 1,4 milyon insane öldürüldü.

2011-2018-ci illər arası infrastruktura dəyən ziyan 460 milyard dollardır.

Dünya neft ehtiyatının 55 faizinə sahib olan ərəb ölkələri qızıl, gümüş, mis və dəmir kimi bir çox yeraltı sərvətləri ilə də tanınır.

22 ölkədə hər il bir trilyon dollar korrupsiya faktı qeydə alınır.

Dünyada korrupsiya siyahısında ilk onluğun içində hər zaman 5 ərəb ölkəsi var.

Ərəb coğrafiyasında 100 ildir müharibə var və ərəb ölkələri öz aralarında da dava-dalaşdan geri qalmırlar.


Faktlar "Sözçü"dən götürülmüşdür