adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Fevral 2019 11:37
5050
GÜNDƏM
A- A+

Türk Dünyasının qəhrəmanı İbad Hüseynli - Fotolar

İstanbulda Türk Ədəbiyatı Birliyində Xocalı faciəsinin 27 - ci ildönümü ilə baglı konfrans keçirilib. Tədbirə Türkiyə Cümhurbaşqanı Rəcəp Tayyib Ərdoganın baş danışmanı Yalçın Topçu və Qarabağ savaşının qəhrəmanı, əli minlərlə günahsız soydaşımızın qanına batmış ASALA terror təşkilatının əsas siması olan cəllad Monte Melkonyanın başını it başı kimi kəsmiş İbad Hüseynli fəxri qonaq olaraq dəvət edilib.


Tədbirdə Türk Ədəbiyyat Birliyinin rəhbəri Serhat Kabaklının açılış çıxışından sonra Azərbaycanın Türkiyədəki könüllü səfiri İmdat Avşar və Cümhurbaşqanı baş danışmanı Yalçın Topçu geniş çıxış ediblər. Türk Dünyasının qəhrəmanı İbad Hüseynlinin savaş yolunu, Qarabag münaqişəsinin yaranma səbələrini və savaşın gətirdiyi fəakətləri anladıblar.


İbad Hüseynli isə Qarabag müharibəsinin başlandıgı ilk illərindən bu günə qədər yaşadıgı mübarizədən danışıb.


Sonda Türk Ədəbiyyatı Birliyi tərəfindən İbad Hüseynliyə "Cəsarət və Şərəf " medalı təqdim edilib. Medalı qəhrəmana Cümhurbaşqanı baş danışmanı Yalçın Topçu təqdim edib.