adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Fevral 2019 11:10
10559
ƏDƏBİYYAT
A- A+

Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində

Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avstriya ədəbiyyatlararası əlaqələrindən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş R.M.Rilke, Robert Muzil, Ştefan Sveyq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya ədiblərinin əsərlərindən, Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği istiqamətində alman dilinə tərcümə edilərək, Frankfurtda işıq üzü görmüş "Sirr – Azərbaycan hekayələri” kitabından söz açılıb.

Bernd Aleksander Bayerl deyib: "Sizin Mərkəz bu sahədə, həqiqətən, böyük işlər görür. Alman dilinə tərcümə və nəşr edilmiş bu kitabın Avstriyada da yayımına böyük ehtiyac var. Bu gün Avstriyada Sizin ölkənizə, ədəbiyyatınıza böyük maraq, ayrı sözlə desək, bir informasiya qıtlığı var. Bu mənada, kitaba maraq böyük olacaq. Kitabın Vyanada geniş təqdimatının keçirilməsi, ölkə kitabxanalarına, universitetlərinə yerləşdirilməsi ilə bağlı təklifləriniz təqdirəlayiqdir və səfirlik olaraq, bu sahədə Mərkəzə mümkün köməklik göstərməyə hazırıq”.

Görüşün sonunda səfirə Almaniyada işıq üzü görmüş "Sirr – Azərbaycan hekayələri” kitabı hədiyyə edilib.