adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2019 16:15
12755
İDMAN
A- A+

Qaret Beyl qərar verdi

"Madrid”in "Real” klubunun hücumçusu Qaret Beyl müqavilənin müddəti bitənədək klubu tərk etmək niyyətində deyil.

"Sovetskiy Sport” nəşrinin məlumatına görə, futbolçu İngiltərə Premyer Liqasında çıxış edən bəzi klubların maraq dairəsindədir.

Bildirilir ki, "Çelsi” və "Mançester Yunayted” dəfələrlə Beyl ilə anlaşmağa cəhd ediblər.

Futbolçunun "Real”la müqaviləsinin müddəti 2022-ci ilin yayınadək qüvvədədir. Bu vaxtadək Beyl Madrid klubunu tərk etmək niyyətində deyil.