adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2019 16:09
22735
MARAQLI
A- A+

Dünyanın ən gözəl adaları açıqlandı

Dünyada ən gözəl adaların reytinqi tərtib olunub.

Siyahıda yer alan adalara səfər edəcək turistləri dünyanın ən yaxşı çimərlikləri, möhtəşəm mənzərələr gözləyir.

Santorini, Yunanıstan

Santorinidə yatmış vulkanlar var. Bu üzdən də burada qara çimərliklərə rast gəlmək olar.

Pxi-Pxi, Tayland

Söhbət altı adadan ibarət Pxi-Pxi arxipelaqından gedir. Bu yer baş rolda Leonardo Di Kaprionun çəkildiyi "Çimərlik” (The Beach) filmindən sonra məşhurlaşıb.

Fici adaları

Fici adalarını paparatsilərin əlindən qaçan məşhurlar daha çox seçir.

Mavrikiy



Ağ çimərliklər və mavi rəngli su olduqca romantik mühit yaradır. Adanı korall riflər əhatə edir.

Bali, İndoneziya



Balidə çox sayda əyləncə var: serfinq, çoxsaylı məbədlərə ziyarət və s.

Maui, Havay adaları, ABŞ



Havay adaları qızılı çimərliklər və bambuk meşələri ilə məşhurdur.

Yamayka



Burada turistlər gözəl çimərliklərdə istirahət etməklə yanaşı paytaxt Kinqstonun zəngin mədəni həyatı ilə tanış ola bilərlər.

Bora-Bora, Fransız Polineziyası



Dayverlərin sevdiyi yerlərdən biridir. Burada palma meşələri də var.

Maldiv adaları



Hind okeanının mərkəzində yerləşir, mindən çox adalardan ibarət yerdir. İstirahət üçün ən yaxşı vaxt noyabrdan may ayınadək sayılır.

Seyşel adaları



Bir çox cütlüklər Seyşel adalarını toy mərasimləri və bal ayı üçün seçir.