adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2019 12:44
13924
DÜNYA
A- A+

Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən, telefon danışığında əsas diqqət Suriyadakdaletı vəziyyətə yönəldilib.

Putin 14 fevral tarixində Soçidə Astana prosesinin qarant dövlət rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar barədə məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.