hacklink Adalet.az | İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu Adalet.az | İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu

13239    |   2019-02-16 12:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsmayıllı Rayon Polis Şöbəsinə rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin birindən fevralın 12-də daxil olmuş müraciətdə ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı barədə məlumat verilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları tərəfindən oğurluq edən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin hadisəni törədən şəxslərin Göyçay rayonunun Qarayazı kənd sakinləri Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov , həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Hüseyn Cəbiyev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalarla həmkəndlilər Ə. Talıbov və S. Abbasovun ötən ilin aprel, may və dekabr aylarında həmin müəssisənin anbarına 5 dəfə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 12min manata yaxın müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib. Bundan əlavə Ə. Talıbov , S. Abbasov və H. Cəbiyev əvvəlcədən bir qrup şəxs halında birləşərək 2018-ci ilin noyabr ayında həmin zavoda qanunsuz daxil olaraq bu dəfə oradan 16 min manat dəyərində mis metal tərkibli qurğuları oğurladıqları məlum olub.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qohumlar Ə. Talıbov, M. Talıbov və həmkəndliləri S. Abbasovun bu ilin yanvar ayının 1-də həmin müəssisədən 16500 manat dəyərində oğurluq etdikləri üzə çıxıb. Onlar oğurladıqları əşyaları metaləritmə zavodlarına veriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. araşdırma aparılır.




İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO