adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Fevral 2019 12:03
16405
KRİMİNAL
A- A+

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs TUTULDU

Azərbaycan dövlətinin "İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Adalet.az "Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.