AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 85

VAQİF YUSİFLİ
25920 | 2019-02-16 00:41
Azərbaycan Yazıçılar Birliyinin tarixi müəyyən mənada elə XX əsr Azərbaycan ədəbiyyatının tarixi deməkdir...

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

(əvvəli ötən şənbə sayımızda)

Elmlər Akademiyasında, hər il ənənəyə çevrilən bayram mərasimlərində, həmçinin respublikamızdan kənarda Rusiyada və digər ölkələrdə keçirilən tədbirlər, müzakirələr, elmi sessiyalar, konfranslar, yaradıcılıq müzakirələri, Yazıçılar İttifaqının qurultayları, plenumları bu salnamədə bircə-bircə qeyd olunacaq.
Bu 85 ildə Azərbaycan Yazıçılar Birliyini sözün əsl mənasında bir yaradıcılıq akademiyası, qaynar ədəbi mühitin "paytaxtı" adlandırmaq olar. Elmlər Akademiyasında elmi-tədqiqat işləri hazırlanır, sessiyalar keçirilir, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunur və bütün bunlar həm respublika, həm də beynəlxalq miqyasda təbliğ olunur. Yazıçılar Birliyi də bu mənada öz iş əmsalına görə akademiyadan geri qalmır. (Yeri gəlmişkən qeyd edim ki, MEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşlarının əksəriyyəti elə Yazıçılar Birliyinin üzvləridir, çox zaman bu iki təşkilat elmi və yaradıcılıq müzakirələrini müştərək keçirirlər). Sevdiyimiz, bizə əziz olan "Natəvan" klubunda Azərbaycan ədəbiyyatının (istər klassik, istər müasir) ən vacib, aktual problemləri müzakirə hədəfinə çevrilir, gənc ədəbi qüvvələrin yaradıcılığı müzakirə olunur, Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanınması, təbliğ olunması üçün əməli işlər görülür, tez-tez yeni kitablann müzakirəsi, vəfat etmiş yazıçıların xatirəsi anılır.
Mən burada Yazıçılar Birliyinin ədəbi orqanlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. 1923-cü ildən nəşrə başlayan və "Azərbaycan ədəbiyyatının güzgüsü" adlandırılan qocaman "Azərbaycan" jurnalının 87 illik nüsxələrini qoyun qarşınıza... Ədəbiyyatımızın XX və XXI əsrin bu son doqquz ilində meydana gələn ən parlaq sənət incilərinin ilk müjdəçisi məhz "Azərbaycan" jurnalı olmuşdur. Əgər Amerika və Avropa ölkələrindən bir azərbaycanşünas alim Azərbaycan ədəbiyyatı haqqında mükəmməl məlumat almaq istəsə, heç şübhəsiz, ilk növbədə, "Azərbaycan" jurnalı vasitəsilə buna nail ola bilər. Yazıçılar Birliyinin nəşrləri içərisində "Ədəbiyyat qəzeti"nin, "Literatumıy Azebaydjan" və "Ulduz" jurnallarının da ədəbiyyatımızın təbliğində mühüm rolu olmuşdur
Azərbaycan Yazıçılar Birliyi müəyyən struktura, iş prinsipinə malik bir təşkilatdır. Onun rəhbər orqanları yazıçıların qurultayında açıq yaxud gizli səsvermə ilə seçilir. İndiyə kimi Birliyin on iki qurultayı keçirilmişdir (1934, 1954, 1958, 1965, 1971, 1976, 1981, 1986, 1991, 1997, 2004, 2014-cü illərdə). Birliyin fəaliyyət proqramı onun Nizamnəməsində dolğun əks olunmuşdur.
Keçən əsrin 70-80-ci illərindən başlayaraq, Birliyin fəaliyyətini daha da genişləndirmək məqsədilə ayrı-ayrı bölgələrdə onun filialları açıldı. (Gəncədə, Sumqayıtda, Qazaxda, Şəkidə, Şamaxıda, Lənkəranda, Naxçıvanda, Mingəçevirdə, Qarabağda, Qubada, İmişlidə, Salyanda, Azərbaycandan kənarda isə Rusiyada və Gürcüstanda). Vaxtilə (keçən əsrin 30-60-cı illərində - V.Y.) "əyalət ədəbiyyatı" deyilən bir ifadə vardı, rayonlarda yaşayıb-yaradan yazarların yaradıcılığı məhz bu meyarla qiymətləndirilirdi və bu fıkirdə həqiqət olduğu da şəksizdi. Çünki rayonlarda az-çox istedadı olan şair və nasirlər Bakıya - qaynar ədəbi mühitə can atırdılar. Bölgələrdə isə ədəbi həyat süst və zəif idi. Lakin filiallar təsis olunduqdan sonra əyalətlərdə də ədəbi həyat canlanmağa başladı.
Əlbəttə, məqsədimiz Yazıçılar Birliyinin iş mexanizmini, onun filiallarının fəaliyyətini açıqlamaq deyil. Bu 85 ildə çətin və əzablı, amma, eyni dərəcədə, şərəfli bir yol keçmiş bir qurumun-təşkilatın fəaliyyətini izləyərkən ən vacib, ən zəruri bir faktı qeyd etməyi lazım bilirik - Azərbaycan Yazıçılar Birliyi bu illər ərzində xalqın mənəvi dünyasının zənginləşməsində, onun bədii-estetik zövqünün formalaşmasında, vətənpərvərlik tərbiyəsində, bir az geniş kontekstdə götürsək, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmasında və təbliğ edilməsində misilsiz rol oynamışdır. Təfərrüata varmadan Yazıçılar Birliyinin tarixində mühüm rol oynamış bəzi məqamları xatırlayaq.
Böyük Vətən müharibəsi illərində Azərbaycan Yazıçılar İttifaqı bütün xalqın mənəvi istinadgahına çevrilmişdi. S.Vurğunun "Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən! Bu gün bir süngüdür əlimdə qələm" misraları ilə başlayan şeirindən başlayan çağırış və vətənpərvərlik ruhu bütün müharibə boyu davam etdi. Müharibə başlayan günün səhəri Azərbaycan yazıçılarının mitinqi keçirildi. Bu cür mitinqlər, Yazıçılar İttifaqında keçirilən iclaslar, konfranslar, şeir gecələri mütəmadi davam edirdi. Heç bir mübaliğəyə varmadan deyə bilərəm ki, həmin illərdə Azərbaycan Yazıçılar Birliyi MK, Nazirlər Soveti səviyyəsində bir təşkilata çevrilmişdi, buradan cəbhəyə, döyüş bölgələrinə yazıçı briqadaları göndərilir, hərbi qəzetlərdə işləmək üçün jurnalistlər ezam olunurdu. Cəbhədən gələn döyüşçü məktublarının ünvanı ya Yazıçılar İttifaqı, ya da Səməd Vurğun idi.
Bu ənənə Qarabağ müharibəsi başlananda da davam etdi. Doğrudur, Qarabağ müharibəsi ilə Böyük Vətən müharibəsini eyni bir meyarla səciyyələndirmək olmaz, sonuncu müharibə Azərbaycanın taleyi ilə bağlı idi. Ekstremal bir vəziyyət yarandığını da unutmaq olmaz. Ordu hələ yaradılmamışdı, ölkə daxilində isə hakimiyyət uğrunda mübarizə gedirdi. Sistem dağılırdı, çökürdü. Amma bu xaosda və hərc-mərclikdə Azərbaycan Yazıçılar İttifaqı öz varlığını qoruya bildi, istər müstəqillik uğrunda mübarizədə, istərsə də Qarabağ müharibəsində xalqın daha çox üz tutduğu insanlar yazıçılar idi. Bir anlığa 1988, 1989, 1990-cı illəri xəyalımza gətirin. Xalqın gücü kimi sarsılmaz bir qüvvə vardı və bu qüvvə Azadlıq meydanında "İstiqlal" deye bağırırdı. Bakının ve Respublikanın ağırlıq mərkezi, dayaq nöqtəsi Meydan idi... 
.Biz burada Azərbaycan yazıçılarımn müstəqillik uğrunda mübarizədən söz açan yaxud Qarabağ müharibəsi ilə bağlı əsərlərinin adını çəkmək, onları təhlil etmək fikrindən uzağıq. Bu barədə kitablar, namizədlik və doktorluq dissertasiyaları yazılıb, məqalələr çap edilib, elmi konfranslar, yaradıcılıq müşavirələri keçirilib və, təbii ki, bunlarda Yazıçılar İttifaqının səfərbəredici rolu da qeyd olunub. Ancaq 90-cı illərdə Yazıçılar İttifaqının başının üstündə qara buludlar oynayırdı. Həmin illərdə "Yazıçılar İttifaqı qalsınmı, qalmasınmı?" kimi bir fıkir formalaşırdı. Bu müqəddəs ocağın odunu söndürmək, külə çevirmək istəyənlər az deyildi. Hətta ədəbi orqanların nəşrinə də son qoymaq istəyirdilər. Nəticəsi nə olacaqdı, allah bilir. Amma Yazıçılar İttifaqı yaşadı, yenə öz tarixi missiyasını davam etdirdi və burada Xalq yazıçısı Anarın fədakarlığı xüsusi qeyd olunmalıdır.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin 1500-ə yaxm üzvü var. Bəlkə də bu rəqəm gözlənildiyindən artıqdır, amma üzvlərin tən yarısını (bəlkə, az ya çox) gənclər - ədəbiyyatın yeni qüvvələri təşkil edir. Onların içərisində istedadlar az deyil. Yazıçılar Birliyi mövcud olandan bu günə kimi ədəbi gəncliklə bağlı qayğılarını heç vaxt əsirgəməmişdir. Bu qayğı qırxıncı illərdə-əllinci illərdə Səməd Vurğunun, 60-70-ci illərdə Rəsul Rzanın, sonrakı onilliklərdə B.Vahabzadənin, N.Xəzrinin, Anarın, Elçinin adı ilə bağlıdır, amma söhbət Yazıçılar Birliyindən gedirsə, əllinci illərdə M.İbrahimovun sədrliyi ilə keçirilən "Gənclər günü"ndən tutmuş cavanların yaradıcılığına həsr olunan onlarla plenumların, konfransların, müşavirələrin keçirildiyini, onların şeir və nəsr nümunələrini əhatə edən topluların nəşr edildiyini də unutmaq olmaz.
Bu yubiley yazısında, nə qədər təəssüf doğursa da, bir məsələyə də toxunmaq istəyirəm. 90-cı illərdə bir sıra müəlliflər mətbuatda klassik və müasir ədəbiyyatımıza, ustad sənətkarlara (xüsusilə Füzuliyə, Sabirə, Səməd Vurğuna, Rəsul Rzaya, Anara, Elçinə, F.Qocaya), Azərbaycan Yazıçılar Birliyinə, onun ədəbi orqanlarına böhtan və iftira dolu məqalələr çap etdirdilər. "Ədəbiyyatımız yeni relsə, yeni tempə, yeni tendensiyaya qoşulmalı, Qərbdən öyrənməlidir" kimi "tezislərlə" müşayiət edilən bu yazılar və onların müəllifləri çox keçmədən miskin bir təbəddülata uğradı. 90-cı illərdə Yazılar Birliyinə qarşı çevrilən bir sıra ədəbi qruplar, birliklər yarandı, lakin bunların heç birinin ömrü uzun sürmədi. Təbii ki, ədəbiyyatda yeni meyl və tendensiyaların yaranmağı labüddür, dünya ədəbiyyatının yeniliklərindən də faydalanmaq və təsirlənmək olar, bunlar vacibdir və deyim ki, son on ildə bu proses davam edir. Amma minillik ədəbi ənənələrimizi inkar eləmək. Qərbdə artıq öz ömrünü başa vurmuş "izm"ləri zorla milli ədəbiyyatımızın ərazisində becərtmək absurddur.
Azərbaycan Yazıçılar Birliyinin yubileyi ilə bağlı bu söhbətimizdə ən mühüm bir məqamı da unutmaq olmaz. Bu da ulu öndər Heydər Əliyevin Azərbaycan Yazıçılar İttifaqına, ədəbiyyatımıza və ayrı-ayrı yazıçılara göstərdiyi qayğıdır. Sovet dövründə şəxsən H.Əliyevin dəstəyi ilə Rəsul Rza, Süleyman Rəhimov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldülər. Məhz onun təşəbbüsü ilə dahi Hüseyn Cavidin məzarının qalıqlan uzaq Sibirdən Azərbaycana-doğulduğu Naxçıvan torpağına gətirildi. Nəsiminin anadan olmasımn 600, Füzulinin 500 illik yubileylərinin dünya miqyasında qeyd olunması da, ilk növbədə, onun adı ilə bağlıdır. H.Əliyevin birinci hakimiyyəti dövründə ədəbiyyat və incəsənət xadimlərinin SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına, bir çoxunun "Azərbaycanın Xalq şairi", "Azərbaycanın Xalq yazıçısı" fəxri adlarına layiq görülməsi də ədəbiyyat adamlarına xüsusi məhəbbətinin ifadəsi idi. Müstəqillik dövründə də ulu öndər bu qayğı və məhəbbəti sənət adamlarından əsirgəmədi.
Azərbaycanın ən yüksək fəxri ordeni - "İstiqlal"a layiq görülənlər sırasında B.Vahabzadənin, M.Dilbazinin, Anarın, Maqsud İbrahimbəyovun, Elçinin, Ə.Əylislinin adlarını görmək nə qədər xoşdur. Heydər Əliyev ədəbiyyatı sevirdi, həm də bu sevginin içində ədəbiyyata dərindən bələdlik duyulurdu və bu sevgi onun Azərbaycan Yazıçılar İttifaqının dörd qurultayında (VI-VIII və X) etdiyi çıxışlarında da aydın görünür. Bu qayğılar içində H.Əliyevin maliyyə burulğanına düçar olan Azərbaycan Yazıçılar İttifaqına dəstək verməsi oldu. Ümumiyyətlə, onun təxminən 30 illik hakimiyyəti dövründə Azərbaycan ədəbiyyatına göstərdiyi qayğılar saysız-hesabsızdır. ...Bu, dünya tarixində dövlət başçısının öz xalqının ədəbiyyatına göstərdiyi qayğının ən parlaq nümunələrindən biridir. Ulu öndərin bu ədəbi siyasəti indi hörmətli prezident İlham Əliyev və YUNESKO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyeva tərəfındən də davam etdirilir.
Bu yazını sona çatdıranda (hərçənd ki, Yazıçılar Birliyinin keçdiyi yolu tam açıqlaya bilməsəm də, çox mətləblərdən söz açmasam da...) böyük şairimiz Səməd Vurğunun misralarını xatırladım:

Bizdə şeir də var, sənət də vardır,
Şeirə, sənətə hörmət də vardır.

TƏQVİM / ARXİV