adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Fevral 2019 00:29
2856
GÜNDƏM
A- A+

MİLYARDER TRAMPA QARŞI

Blumberq 2020-ci il prezident seçkilərində Trampın seçilməməsi üçün 500 milyon dollar xərcləyəcək

Nyu-York şəhərinin sabiq meri, milyarder Maykl Blumberq Donald Trampın ikinci müddətə prezident seçilməsinə yol verməmək üçün 500 milyon dollar ayıracağını bəyan edib. Biznesmenin planları barədə məlumatı Demokrat partiyasının üzvlərinə istinadən ABŞ-ın "Politico" nəşri yayıb.
Ssenarilərdən biri güman ki, Blumberqin özünün Demokrat Partiyadan namizədliyini irəli sürərək mübarizə aparması, ya da təsdiq edilmiş bir namizədin lehinə "görünməmiş" bir kampaniyaya başlamasıdı.
Maykl Blumberq özü qarşıdakı 2020-ci ildəki seçkidə iştirakı barədə qərarını yaxın 3 həftədə verə biləcəyini söyləyib. "Bu, mənim bir şeyləri dəyişdirə biləcəyim barədə düşüncələrimdən asılı olacaq",-deyə amerikalı milyarder bildirib. Lakin onun sözlərinə görə, əgər iştirak etməsə belə bu pullar Donald Trampa qarşı istənilən halda xərclənəcək.
"Beş yüz milyon böyük məbləğdir. Belə böyük pulla ilk növbədə seçki üçün əhəmiyyətli olan yeddi və ya səkkiz ştatda reklam xarakterli televiziya yayımını almaq kifayətdir. Bütün bunlar aydın və konkret məqsədlə, yəni Donald Trampı dayandırmaq üçün həyata keçirilir",-deyə Maykl Blumberqə yaxın sayılan nüfuzlu demokratlardan biri "Politico" nəşrinə bildirib.
Blumberqin baş məsləhətçisi Kevin Şiki müqayisə apararaq bildirib ki, "2016-cı ildə Trampın seçki kampaniyasına 325 milyon dollar xərclənmişdi. İlk bir neçə aya bu (500 milyon dollar) bizə bəsdir. Maykl Nyu-Yorkda öz əvvəlki seçkilərdə 100 milyon dollar xərcləyib və hesablaya bilərsiniz ... Nyu-York- bütün ölkə əhalisinin 3% -ni təşkil edir", - deyə "İnterfaks"a bildirib.
Blumberq prezidentliyə namizədliyini irəli sürməyi qərara alarsa, 500 milyon maksimum ola bilməz, ancaq minimum pul miqdarı kampaniyanın maliyyələşdirilməsinə, partiyanın praymerizinə gedəcək. Onu da xatırladaq ki, Bloomberg şirkətinin rəhbəri, yaradıcısı və sahibi olan 76 yaşlı Maykl Blumberq - 2002- 2013-cu illərdə Nyu-Yorkun meri olub. O, əvvəllər demokratların tərəfdarı olmasına baxmayaraq, respublikaçılar tərəfindən bu vəzifəyə seçilmişdir. 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürməyərək Hillari Klintonu dəstəkləyib.

MEHRİBAN