hacklink Adalet.az | Narkotik satan 2400-dən çox şəxs həbs olunub Adalet.az | Narkotik satan 2400-dən çox şəxs həbs olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Narkotik satan 2400-dən çox şəxs həbs olunub

9399    |   2019-02-16 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə qeydə alınmış 26381 cinayət hadisəsinin 3239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Dövlət Statistika Komitəsindən Adalet.az -a verilən məlumata görə, onların da 57,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 7,2 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2 faizi isə digər cinayətlərdir.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 86,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 37,2 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 13,0 faizi 25-29 yaşlı gənclər, 79,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib



İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO