adalet.az header logo
  • Bakı 12°C
16 Fevral 2019 10:46
4859
GÜNDƏM
A- A+

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Çeçenistan Respublikasının rəsmi şəxsləri və KİV-i azərbaycanlılarla çeçenlərin Moskvada baş vermiş və böyük səs-küyə səbəb olmuş kütləvi davaya cəlb olunmaları məsələsinə reaksiya veriblər.

Modern.az-ın məlumatına görə, Rusiya paytaxtındakı "Neolit” restoranında baş vermiş hadisə – azərbaycanlılarla çeçenlər arasında atışma, daha sonra azərbaycanlı taksi sürücüsünün qətlə yetirilməsi rezonans doğurmuşdu.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin hadisəyə sosial-etnik xarakter vermək cəhdinə etiraz etdi.

Əli Həsənov bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

Əli Həsənovun bəyanatına Çeçenistan hökuməti də cavab verib.

Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib: "Çeçenistan Respublikasının rəhbərliyi hadisə barədə məlumatlıdır, nümayəndələrimiz münaqişənin təfərrüatlarını araşdırır və onun səbəbkarlarını axtarılar” - C.Umarovun bəyanatında deyilir.