adalet.az header logo
  • Bakı 13°C
15 Fevral 2019 18:53
11849
İDMAN
A- A+

UEFA-dan hakimlərimizə yeni təyinat

FIFA hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Adalet.az-ın AFFA-nın rəsmi saytna istinadən yaydığı xəbərə görə, Rauf Cabarov və Akif Əmirəli martın 19-dan 27-dək Niderlandda keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə martın 25-dən aprelin 2-dək Macarıstanda təşkil ediləcək 7-ci qrupun oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, 2-ci qrupda Niderland, Çexiya, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç və Bosniya və Herseqovina komandaları mübarizə aparacaq.